Rusiya Federasiyasının Prezidenti
zati-aliləri cənab Dmitri Medvedevə
Hörmətli Dmitri Anatolyeviç!
Rusiya Federasiyasının Federal Məclisinin
Dövlət Dumasına seçkilərdə siyahısına
Sizin başçılıq etdiyiniz
"Yedinaya Rossiya" Partiyasının qələbəsi
münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə qələbə
Sizin həyata
keçirdiyiniz, ölkədə dövlətçiliyin və
hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin
həyatının bütün sahələrinin modernləşməsinə,
dünya birliyində Rusiyanın mövqelərinin və
nüfuzunun möhkəmlənməsinə yönəlmiş
fəaliyyət xəttinin dost Rusiya xalqı
tərəfindən dəstəklənməsini
bir daha nümayiş etdirdi.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi
dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli
əməkdaşlığımız və strateji tərəfdaşlığımız
xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik
və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək
və inkişaf edəcəkdir.
Hörmətli
Dmitri Anatolyeviç, Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və uğurlar, dost
Rusiya xalqına tərəqqi və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 dekabr 2011-ci il
Azərbaycan.- 2011.- 6 dekabr.- S.1.