Rusiya Federasiyası hökumətinin sədri,

«Yedinaya Rossiya» Partiyasının sədri

zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin başçılıq etdiyiniz partiyanın seçkilərdə qələbəsi rusiyalıların Sizə yüksək etimadının, Sizin yürütdüyünüz, dinamik sosial-iqtisadi inkişafa, bütün sahələrdə demokratik dəyişikliklərin həyata keçirilməsinə, ölkədə qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinə onların sadiqliyinin təsdiqidir.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, hərtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə, "Yedinaya Rossiya" Partiyasının bütün üzvlərinə xoşbəxtlik, uğurlar və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 5 dekabr 2011-ci il

Azərbaycan.- 2011.- 6 dekabr.- S.1.