Təhsil müəssisələrində
çalışan işçilərin
əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq təhsil müəssisələrində
çalışan işçilərin sosial müdafiəsini
daha da gücləndirmək və onlara dövlət
qayğısını artırmaq məqsədi ilə qərara
alıram:
1.
Dövlət büdcəsindən maliyyələşdirilən
təhsil müəssisələrində (ali təhsil müəssisələri
istisna olmaqla) çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq
vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən
orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 dekabr
2011-ci il
Azərbaycan.- 2011.- 6 dekabr.- S.1.