Əhalinin sosial müdafiəsi gücləndirilir
Son illər Prezident İlham
Əliyevin rəhbərliyi ilə respublikamızda sosial islahatlar genişlənir, əhalinin rifah halının yaxşılaşmasına
diqqət artırılır. Bu mənada,
minumum əməkhaqqının
ardıcıl şəkildə artırılması intensiv xarakter
daşımaqdadır.
Belə ki, 2004-2010-cu illər ərzində
ümumi daxili məhsul (ÜDM) təxminən 3,2 dəfə,
dövlət büdcəsinin gəlirləri 5 dəfə,
orta aylıq əməkhaqqı 3,5 dəfə yüksəlmiş
minimum əməkhaqqının artım tempi 6,5 dəfədən
çox olmuşdur. Bunun nəticəsidir ki,
ölkəmizdə vətəndaşların illik
gəlirlərində hər il 15 faizə
yaxın artım qeydə alınır.
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların mövcud problemlərinin aradan qaldırılması, bu sahədə dünya praktikasına söykənən islahatların aparılması da xüsusi qeyd olunmalıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti qarşıya qoyulan vəzifələri həyata keçirmək, əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanları ilə yanaşı, bu istiqamətdə islahatları daha da dərinləşdirmək gücünə malikdir.
Nəzərə
alsaq ki, qarşıdakı illərdə Azərbaycanın iqtisadi
inkişafı daha da sürətlənəcək,
respublikamızın maliyyə imkanları
yaxşılaşacaq və valyuta gəlirləri artacaqdır - bunun
özlüyündə vətəndaşların rifah
halının daha da yaxşılaşmasına gətirib
çıxaracağı şəksizdir. Sosial infrastrukturun yüksək
səviyyədə yenidən qurulması, yeni
iş yerlərinin
açılması,
ünvanlı yardımların göstərilməsi də
gələcəkdə böyük
vüsət alacaqdır. Minimum əməkhaqqının
artırılması qarşıdakı illərdə də davam etdiriləcəkdir.
İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına əsasən, ilin sonuna kimi orta aylıq əməkhaqqı 379 manat, 2012-ci ilin sonuna 431 manat, 2013-cü ilin sonuna 485 manat, 2014-cü ilin sonuna 551 manat səviyyəsinə çatacaqdır. 2011-ci ildə əhalinin real pul gəlirlərinin 6,5 faiz, 2012-ci ildə 10,2 faiz, 2013-cü ildə 8,5 faiz, 2014-cü ildə isə 8,3 faiz səviyyəsində olacaqdır. Bu artımı tezliklkə hər bir ailə gündəlik həyatında hiss edəcəkdir. Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri də məhz ölkədə sosial rifahlı cəmiyyət quruculuğuna nail olmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 1-də "Minimum aylıq əməkhaqqının artırılması haqqında" imzaladığı növbəti sərəncam da ölkə əhalisinin maddi güzəranının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılam mühüm bir addımdır. Bu sərəncama əsasən, 2011-ci il dekabrın 1-dən ölkədə minimum əməkhaqqının məbləği 93,5 manat müəyyən edilib.
Göründüyü kimi, son illər Azərbaycan
dövlətinin imkanlarının getdikcə genişlənməsi
sosial sferada bir sıra uğurlu
addımların reallaşdırılmasına imkan
yaradır. Bunun
nəticəsi olaraq son
illər yoxsulluq səviyyəsi 45 dəfə
azalıb. Dövlət başçısının sərəncamı
ilə minimum əməkhaqqı və
pensiyaların artırılması da bu sahədə atılan daha
mühüm bir
addımdır.
Azərbaycan.- 2011.- 6 dekabr.- S.1.