Fuad Ələsgərov: Korrupsiyaya qarşı mübarizə

və şəffaflığın təmin edilməsi dövlət siyasətinin,

inkişafımızın prioritetlərindən biridir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi.

 

- Transparency İnternational təşkilatı tərəfindən 2011-ci il üçün Korrupsiyanı Qavrama İndeksi açıqlanmışdır. Sizin bu indeksə münasibətiniz necədir?

 

- Korrupsiyanın səviyyəsinin ölkələr üzrə ölçülməsi daimi müzakirə edilən bir məsələdir. Bu sahədə nə beynəlxalq qurumlar, nə akademik təsisatlar tərəfindən hələ vahid metodologiya formalaşdırılmamışdır. Müxtəlif təşkilatlar fərqli metodologiyalardan istifadə edərək indekslər tərtib edirlər. Transparency İnternational təşkilatı da korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından biri kimi özünəməxsus metodologiyadan istifadə edir. Nəticədə müxtəlif qurumlar tərəfindən tərtib edilən hesabatlar arasında bəzən ziddiyyətlər yaranır.

Ona görə də həmin qiymətləndirməyə münasibət birmənalı deyildir. Transparency İnternational təşkilatının özü həmin indeksi sual altına qoyur. Bu metodologiyanın dəyişdirilməsi hətta ondan imtina edilməsi ilə bağlı müzakirələr gedir.

Transparency İnternational təşkilatı indeksi tərtib etmək üçün özü heç bir araşdırma aparmır müxtəlif fərqli mənbələrdən daxil olan məlumatların ortaq indeksinin çıxarılmasına  əsaslanır. Təşkilat ölkələrdəki real vəziyyətə deyil, daha çox mülahizələrə, qavrayışlara təsəvvürlərə istinad edir. Qəribəsi odur ki, Transparency İnternational öz indeksini hazırlayarkən mənbə kimi digər təşkilatlara istinad etdiyi kimi, həmin təşkilatlar da öz hesabatlarını hazırlayarkən Transparency İnternationalın indeksinə istinad edir. Bu da nəticədə eyni informasiyanın bir dairədə daimi sonsuz sirkulyasiyasına təkrar emalına gətirib çıxarır.

İndeksin tərtibində Azərbaycanla bağlı istifadə edilmiş mənbələri iki qrupa bölmək olar: iqtisadi siyasi sahədə fəaliyyət göstərən təşkilatlar. İqtisadi sahədə olan mənbələrdə Azərbaycanın göstəriciləri yüksəkdir. Onların göstəriciləri obyektiv rəqəmlərə əsaslanır. Siyasi təşkilatlar tərəfindən aparılan dəyərləndirmələr  isə ölkələrə münasibətdə subyektiv yanaşmanı bəzi dövlətlərə münasibətdə favoritizm hallarını istisna etmir. Bu baxımdan ölkələrlə bağlı göstəricilər bir sıra hallarda reallığı əks etdirmir.

Eyni zamanda, Azərbaycanın indeksinin hazırlanması üçün məlumatlar əsasən 2009-cu ilin dekabrından 2010-cu ilin sentyabrına qədər olan müddəti əhatə etmiş hətta həmin dövr üçün heç bütün məlumatlar orada öz əksini tapmamışdır. Transparency İnternational təşkilatının milli bölməsi bunu etiraf edir.

Transparency İnternational təşkilatının Bakı ofisinin rəhbəri qeyd edir ki, "mülahizələr, həmişə real həyatda olan dəyişiklikləri bir qədər gecikmələrlə izlədiyindən bu indeksi ölkə tərəfindən görülən bütün işlərlə bağlı tam qiymətləndirmə aparmaq üçün yetərli hesab etmək olmaz".

Ona görə qlobal ümumi yanaşma ondan ibarətdir ki,  Transparency İnternational təşkilatının məruzələri mütləq mənada həqiqət mənbəyi kimi qəbul edilə bilməz nisbi qəbul edilməlidir.

- Azərbaycanla bağlı builki indeksə münasibətiniz necədir?

- Transparency İnternational təşkilatının indeksində Azərbaycan keçən ildə olduğu kimi 2,4 bal toplamışdır. Korrupsiyanı Qavrama İndeksində əsas göstərici ölkələrin topladığı ballardır. Azərbaycanın mövqeyi keçən illə müqayisədə dəyişmədən qalmışdır. Sadəcə, builki indeksə keçən ildən fərqli olaraq yeni dövlətlər daxil edilmişdir nəticədə Azərbaycanın yeri dəyişmişdir.

Ona görə indeksin prizmasından baxdıqda Azərbaycanın balı sabitdir burada qətiyyən geriləməkdən söhbət gedə bilməz. Ancaq bu hal bir sıra mətbuat orqanları tərəfindən möhtəkirlik edilmiş göstəricilər təhrif olunmuş formada ictimaiyyətə çatdırılmışdır.

- Sizcə ölkəmizlə bağlı 2,4 bal reallığı əks etdirirmi?

- Birmənalı olaraq əks etdirmir. Ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə belə hesabatlardan asılı olmayaraq aparılır. 2004-cü ildən başlayaraq bu sahədə sistemli hüquqi institusional islahatlar aparılmış kompleks tədbirlər həyata keçirilmişdir. 2011-ci ilin əvvəlində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanıqlı inkişafın təmin olunması məqsədi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini dövlət siyasətinin prioriteti elan etmişdir.

Yeni sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ilin əvvəlindən başlayaraq korrupsiyaya qarşı mübarizəyə dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə hədəflənmiş bir sıra mühüm qanunvericilik praktiki tədbirlər həyata keçirilmişdir.

Belə ki, dövlət orqanlarında xidmət prosedurları sadələşdirilmiş, müasir idarəçilik metodları tətbiq edilmiş, "bir pəncərə" prinsipinin, elektron xidmətlərin nağdsız ödənişlərin tətbiqi mexanizmləri təkmilləşdirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərlə yanaşı, cinayət təqibinin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülmüşdür. Vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edilir səmərəli dialoq aparılır. Qeyd etdiyim tədbirlərin müsbət təsiri artıq hiss olunur.

Həmin tədbirlərin hazırlanmasında təbii ki, beynəlxalq təcrübə, eyni zamanda, ixtisaslaşmış beynəlxalq təşkilatların rəyləri tövsiyələri nəzərə alınır. Biz ölkəmiz barəsində səslənən fikirlərə hər zaman həssasıq. Çünki hesabatları hazırlayanlar üçün belə indekslər sadəcə, rəqəm göstəricidir. Bizim üçün isə real həyatdır, gördüyümüz işlərdir. Ona görə dövlətimizin inkişafı ilə bağlı fikirlər obyektiv olmayanda bu, bizi təəssüfləndirir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, korrupsiyaya qarşı mübarizə şəffaflığın təmin edilməsi dövlət siyasətinin, inkişafımızın prioritetlərindən biridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə vardır bu istiqamətdə islahatlar bundan sonra da sistemli şəkildə davam etdiriləcəkdir.

 

AzərTAc

Azərbaycan.- 2011.- 6 dekabr.- S.2.