Xalq yazıçısı Elçinin «Şekspir» əsəri Londonda nümayiş etdirilmişdir

 

 Dekabrın 5-də Londonun "The Horse Hospital" İncəsənət Mərkəzində yerləşən "Avanqard" Teatrında görkəmli Azərbaycan dramaturqu, xalq yazıçısı Elçinin "Şekspir" komediyasının ingilis dilində premyerası olmuşdur. Elçin Əfəndiyev tamaşanın nümayişində iştirak etmişdir.

"Şekspir" tamaşasının quruluşçu rejissoru "Qrantlers" İncəsənət Qrupunun rəhbəri, məşhur teatr xadimi Devid Perridir. Əsas rolları tanınmış aktyorlar Peter Stanford, Yovan Matiç, Eleanor Bennett, Konrad Peters başqaları ifa etmişlər.

Tamaşadan əvvəl Azərbaycanın Böyük Britaniyadakı səfirliyi qəbul təşkil etmişdir. "Şekspir" tamaşasının ingilis dilində versiyasının rejissoru D.Perri  çıxış edərək bildirmişdir ki, Elçin dramaturgiyasının müasir dünya teatr sənətində xüsusi yeri vardır. Elçinin əsərlərində böyük sənətkarlıqla qaldırılan problemlərin coğrafi sərhədləri yoxdur. D.Perri tamaşanın ərsəyə gəlməsinə  verdikləri dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Avropa Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirmişdir.

Ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirdə bildirmişdir ki, Elçinin "Şekspir" əsərinin Londonda tamaşaya qoyulması Azərbaycan Böyük Britaniya arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir sübutudur.

Sonda "Şekspir" əsərinin müəllifi, xalq yazıçısı Elçin çıxış edərək tamaşanın yaradıcı heyətinə, səhnə əsərinin ərsəyə gəlməsində dəstəyi əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Tamaşa böyük müvəffəqiyyətlə keçmiş, dəfələrlə alqışlanmışdır.

Qeyd edək ki, "Şekspir" tamaşası ilk dəfə Bakıda "Üns" Teatrının səhnəsində nümayiş etdirilmişdir. Sonradan  tamaşa Krımda, Moskvada tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Gələn il səhnə əsərinin Türkiyə tamaşaçılarına təqdim olunacağı gözlənilir.

Premyerada Böyük Britaniyanın tanınmış teatr xadimləri, yazıçılar, Londonda akkreditə olunmuş diplomatik korpusun, KİV-in nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

 

AzərTAc

 

Azərbaycan.- 2011.-7 dekabr.- S. 7.