Bakıda «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

 Dekabrın 7-də Bakıda "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev banisi ulu öndər olan müstəqil Azərbaycan dövlətinin quruculuq mərhələlərinin zəngin, şərəfli və çox çətin olduğunu bildirmiş, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində ölkəmizin bir çox problemlərlə üzləşdiyini diqqətə çatdırmışdır. Məhz bu dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində ölkəmizin müstəqilliyinin əleyhinə yönəlmiş addımların qarşısı alınmışdır. Müstəqilliyimizin qorunmasında və ölkəmizin ictimai-siyasi, mədəni, iqtisadi uğurlarında ümummilli liderin misilsiz xidmətləri vardır. Hazırda bu siyasət davam edir, ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni zirvələri fəth edirdünya siyasi arenasında  güclü imicə malikdir. Hər bir Azərbaycan gənci bununla fəxr etməli və öz ictimai fəaliyyətində, təhsilində bilik və bacarığını ölkəmizin qüdrətlənməsinə istiqamətləndirməlidir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında azərbaycançılıq ideyası öz əksini tapmışdır.  

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov milli dəyərlərin qorunub saxlanılması və azərbaycançılıq ictimai fikrinin formalaşdırılması baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, müstəqilliyin bərpasından sonra dövlət quruculuğu yolunda mühüm tarixi amil kimi çıxış edən azərbaycançılıq ideyasının müəllifi Heydər Əliyevdir. Bu ideyanın formalaşması və onun əsaslarının müəyyənləşdirilməsi Azərbaycanın müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsasında duran mühüm faktor kimi çıxış etmişdir. Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasını dövlət siyasətinin prioritetlərindən birinə çevirmişbu, ölkədəki ictimai-siyasi qüvvələr arasında milli birliyin formalaşması istiqamətində mühüm hadisə olmuşdur.

Təhsil nazirinin müavini Qulu NovruzovMilli Məclisin deputatı Gülər Əhmədova ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısından danışmış, ulu öndərin ölkəmizin inkişafındakı müstəsna xidmətlərini vurğulamışlar. Bildirmişlər ki, biz azərbaycançılıq məfkurəsinin ümummilli liderin ifadə etdiyi və bizə tanıtdırmaq istədiyi mənada dərk etməyə borcluyuq.

 

Azərbaycan.- 2011.- 8 dekabr.- S. 3.