«Literaturnaya
qazeta»da və «Naşe vremya» jurnalında
Mirzə İbrahimov haqqında məqalələr
dərc edilmişdir
Beynəlxalq
Yazıçılar və Publisistlər Assosiasiyasının
mətbu orqanı olan "Naşe
vremya" jurnalının dördüncü
nömrəsində Azərbaycanın tanınmış
yazıçısı Mirzə İbrahimov
haqqında geniş məqalə dərc edilmişdir. "Naşe vremya" jurnalı dünyanın 50 ölkəsində
yayılır.
Qeyd
etmək lazımdır ki, bu günlərdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev M.İbrahimovun
anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər
keçirilməsi haqqında sərəncam
imzalamışdır.
Tanınmış ictimai xadim, xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, publisistin 100 illiyinin qeyd edilməsi ərəfəsində "O gün nə vaxt gələcək?" sərlövhəli bu məqalə Moskvada çıxan "Literaturnaya qazeta"da da dərc edilmişdir. Məqalənin müəllifi tanınmış şair, Rəsul Rza adına beynəlxalq mükafat laureatı Nəsib Nəbioğlu M.İbrahimovun Azərbaycan ədəbiyyatında və mədəniyyətində rolu barədə söhbət açır. Məqalədə qeyd edilir ki, Mirzə İbrahimov sovet və Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. O, əsl ziyalı, istedadlı yazıçı, Azərbaycan Milli Elmlər Akademiyasını təşkil edənlərin və onu yaradanların biridir. Onun ədəbi irsi müasir Azərbaycan dilinin və mədəniyyətinin qorunub saxlanmasında və inkişafında böyük rol oynamış, milli mənlik şüurunun formalaşmasına kömək etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 8 dekabr.- S. 7.