Parlament nümayəndə heyətinin
Macarıstana səfəri
davam edir
Xəbər verildiyi kimi,
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı
ilə parlament nümayəndə heyəti
Macarıstanın paytaxtı
Budapeşt şəhərində
səfərdədir.
Dekabrın 8-də nümayəndə heyəti
Macarıstan Milli Assambleyasında olmuş, ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlanmışdır.
Milli Məclisin
Sədri Oqtay Əsədovun Macarıstan
Milli Assambleyasının
Sədri Laszlo Köver
ilə əvvəlcə
təkbətək, sonra
isə geniş tərkibdə görüşü
keçirilmişdir. Görüşdə parlamentlərarası əlaqələrin
bugünü və gələcək inkişaf
perspektivləri, dövlətlərarası
münasibətlərin inkişafında
qanunverici orqanların
rolu və tərəfləri maraqlandıran
digər məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.
Sonra hər iki spiker mətbuat
nümayəndələrinə görüşün nəticələri
barədə açıqlama
vermişlər. Milli Məclisin Sədri
Oqtay Əsədov burada parlamentin Xatirə kitabına öz ürək sözlərini yazmışdır.
Parlament nümayəndə
heyəti Macarıstan
Milli Assambleyasının
qədim binası ilə tanış
olmuş, ölkə parlamentinin tarixi ilə maraqlanmışdır.
Həmin gün nümayəndə
heyəti Budapeşt şəhərinin meri və ölkənin Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Naqi ilə
görüşmüşdür.
Bu görüşlərdə qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında söhbətlər
aparılmışdır.
Səfər çərçivəsində keçirilən görüşlərdə
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdilər.
Parlament nümayəndə heyətinin
Macarıstana səfəri
davam edir.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2011.-9 dekabr.- S. 1.