Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri TÜRK-İŞ-in Baş
məclisində iştirak etmişdir
Türkiyə İşçi Sindikatları Konfederasiyasının (TÜRK-İŞ) XXI Baş məclisində 50 ölkənin həmkarlar ittifaqı təşkilatının rəhbərləri iştirak etmişlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış mərasimində iştirak etmişdir.
S.Mehbalıyev Baş məclisin açılışında çıxış edərək qardaş ölkənin ən böyük həmkarlar təşkilatının bu mühüm tədbirinə müvəffəqiyyətlər arzulamış, TÜRK-İŞ-in sədri Mustafa Kumluya Azərbaycan xalçası hədiyyə etmişdir.
Açılış mərasimində Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik, siyasi partiyaların və həmkarlar konfederasiyalarının liderləri iştirak etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.- 9 dekabr.- S. 2.