ATƏT-in Xarici İşlər Nazirləri
Şurasının 18-ci iclasının işi
başa çatmışdır
Dekabrın 7-də Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 18-ci iclası öz işini başa çatdırmışdır.
İclasda qəbul edilmiş yekun sənəddə xarici işlər nazirləri bu təşkilatın səmərəsinin artırılmasına yönəlmiş növbəti addımlar haqqında qərar qəbul etmişlər.
Sənəddə ATƏT regionunda uzanan münaqişələrin tənzimlənməsi məsələsi əks etdirilmiş, mövcud münaqişələrin dinc yolla tənzimlənməsi cəhdlərini artırmağın zəruriliyi ifadə edilmişdir.
XİNŞ Monqolustanın ATƏT üzvlüyünə qəbul edilməsi, 2014-cü ildə İsveçrənin, 2015-ci ildə Serbiyanın ATƏT-də sədrlik etməsi haqqında qərar qəbul etmişdir. 2012-ci ildə ATƏT-də sədrlik İrlandiyaya keçəcəkdir.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs
Azərbaycan.- 2011.-9 dekabr.- S. 2.