Əhalinin məşğulluq strategiyasının mükəmməl Azərbaycan modeli

 

 Modern tərəqqi yolunda yeni nailiyyətlərə imza atmaqla dinamik inkişafını uğurla davam etdirən müasir Azərbaycan qazandığı sosial-iqtisadi müvəffəqiyyətlər və bu sahədə nümayiş etdirdiyi artım tempilə təkcə mövcud olduğu regionda yox, həm də dünya miqyasında lider mövqeyə yüksəlmişdir. Tarix üçün kifayət qədər qısa zaman kəsiyində böyük tərəqqi yolu keçən ölkəmiz özünəməxsus cəhətləri ilə seçilən inkişafın Azərbaycan modelinin yaranmasına nail olmuşonun dünyanın iqtisadi münasibətlər sistemində ən uğurlu nümunələrdən biri qismində əldə etdiyi uğurlar kontekstində aydın nümayiş etdirmişdir. Bunun nəticəsidir ki, indi sözügedən modelin fərqləndirici xüsusiyyətləri beynəlxalq miqyasda geniş tədqiqat predmetinə çevrilmiş, onun üstün cəhətlərinin digər dünya dövlətlərinin iqtisadiyyatında tətbiqinin mümkünlüyü ətrafında araşdırmalar genişlənmişdir. İnkişafını zamanın çağırış və tələblərinə adekvat şəkildə qurmağı bacaran Azərbaycan, eyni zamanda, daha geniş vüsət almağa başlayan qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edəcək uğurlu vəhdətinin yaradılmasına da nail olmuşdur.

Bütün bunlar öz növbəsində qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərin müəllifi qismində çıxış edəcəyini şərtləndirən əsas faktorlar sırasında yer alır. İki il öncə iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşısında indi inkişafın növbəti və daha yüksək mərhələsini qət etmək kimi mühüm missiya dayanır. 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına dair Prezident İlham Əliyevin cari ilin noyabrın 29-da imzaladığı sərəncamda bununla əlaqədar deyilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".

Azərbaycanın malik olduğu mövcud potensial yeni mərhələnin hədəflərinə çatmağa, eyni zamanda, ölkəmizin iqtisadi inkişaf statusunun dəyişməsinə və onun inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş dövlətlər kateqoriyasına daxil edilməsinə imkanlar verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, onun siyasi kursunu çox böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni əlavələrlə zənginləşdirilərək daha modern inkişaf strategiyasının həyata keçirilməsi isə qeyd olunan hədəf və məqsədlərin daha tez reallaşmasına etibarlı zəmin yaradır.

Bu inkişaf strategiyasının əsas xüsusiyyətlərindən biri ölkənin sosial-əmək potensialından səmərəli istifadə edilməsi, iqtisadi cəhətdən aktiv əhalinin işgüzar və yaradıcı təşəbbüskarlıqlarının artırılmasına yönəlmiş əməli tədbirlərin, əməyin sosial cəhətdən effektiv təşkilidir. Mövcud dünya təcrübəsi də sübut edir ki, sürətli tərəqqinin əsas bazis elementlərindən biri əmək potensialından səmərəli istifadənin təşkil olunması, iqtisadi fəaliyyət üçün lazımi şəraitin yaradılması, işçi qüvvə əmsalının yüksək göstərici ilə ifadə olunmasıdır. Bu mənada ölkəmizdə fərdi və ictimai tələblərin ödənilməsi ilə həyata keçirilən, desentralizasiya, çeviklik, mobillik və rasionallıq kimi mühüm prinsipləri özündə ehtiva edən məşğulluq strategiyası əmək resurslarının uğurla reallaşmasında önəmli rol oynayır. Sosial-iqtisadi münasibətlərin məcmusu kimi çıxış edən bu hal ictimai istehsal prosesinin yüksələn xətt üzrə inkişaf etməsinə, əhalinin məşğulluq səviyyəsinin davamlı olaraq artımına gətirib çıxarır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 8 il ərzində Azərbaycanda çoxsaylı yeni iş yerləri yaradılmış, əhalinin məşğulluğunun təmin olunmasına xidmət edən proqramlar və sənədlər qəbul olunmuş, müxtəlif fərman və sərəncamlar verilmişdir. Bu zaman özünü qabarıq formada birüzə verən mühüm hallardan biri əməyin çoxnövlülüyünün təmin edilməsi, həmçinin həm ənənəvi, həm də innovativ metodlara, qabaqcıl dünya təcrübəsinə əsaslanan yeni yerlərinin yaradılmasıdır.

Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında mühüm vasitəçi orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiöz növbəsində əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şəraitin yaradılması, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin olunması, işsizliyin səviyyəsinin azaldılması, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə, gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, şərbəstləşdirilmiş işçilərin məşğulluğuna yönəldilmiş siyasətin həyata keçirilməsində mühüm işlər görməkdədir.

 Nazirlik müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə birgə yeni yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək, müxtəlif müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi, əmək şəraiti, əməyin ödənilməsi, əmək münasibətləri, əhalinin məşğulluğu ilə bağlı aktların icrasının təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsində fəaliyyətini uğurla davam etdirir.

Ədalətin, qanunun aliliyinin, ölkənin, eləcə də hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısı kimi çıxış edən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində isə bu gün respublikamızda iqtisadiyyatın inkişaf sürəti daha dinamik hala gəlmiş, özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, şaxələnmiş milli iqtisadiyyatın formalaşdırılması prosesində yeni nailiyyətlər qazanılmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin mütəmadi artan yüksəlişi şəraitində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, vətəndaşların sosial müdafiəsinin davamlı olaraq yaxşılaşması qeydə alınır. Bu, həm də ölkəmizdə reallaşdırılan məşğulluq strategiyasının kifayət qədər dəqiqliklə düşünüldüyünün, böyük uzaqgörənliklə hazırlandığının real təzahürü kimi qiymətləndirilir.

Hazırda Azərbaycan iqtisadiyyatını xarakterizə edən önəmli məqamlardan biri müxtəlif sahələr üzrə inkişafın proqram təminatı, eyni zamanda, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan çoxsaylı fərman və sərəncamlardır. Bu zaman diqqət yetirilən əsas məqam sosialyönümlülük prinsipinin gözlənilməsidir. Qeyd edilənlərə  hazırda uğurla icra olunan "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri misal göstərmək olar.

Ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində atılan daha bir vacib addım Prezident İlham Əliyevin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"dır. Böyük əhəmiyyətə malik olan yeni dövlət proqramı əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.

Dövlət proqramı işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur. Bütün bunlar o deməkdir ki, proqramın icra müddətində ölkəmizdə iqtisadi cəhətdən məşğul əhalinin sayı daha da artacaq, əmək potensialının reallaşması prosesi daha geniş miqyas alacaq, insanların maddi rifah halı yüksəlməkdə davam edəcək. Eyni zamanda, çoxsaylı tədbirləri özündə ehtiva edən proqram ölkəmizdə 2015-ci ilin əsas hədəflərindən biri olan yoxsulluğun birdəfəlik ləğvinə də böyük töhfələr verəcək.

Xatırlatmaq yerinə düşərdi ki, bu vaxta qədər həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 20 il ərzində iqtisadi fəal əhalinin sayı təqribən 23 faiz artaraq 2011-ci ilin 1 sentyabr tarixinə 4,6 milyon nəfər, məşğul əhalinin sayı 16 faiz artaraq 4 milyon 329.1 min nəfər, muzdla işləyənlərin sayı isə 44.7 faiz azalaraq 1 milyon 382.9 min nəfər təşkil etmişdir. 2003-cü ilin 1 oktyabr tarixindən 1 aprel 2011-ci ilə qədər 930 min yeni yerləri açılmışdır ki, onların 667.8 mini daimidir. 20 il ərzində məşğulluq xidməti orqanları tərəfindən 445 552 nəfər işlə təmin olunmuş, 42 822 nəfər peşə təliminə, 43 551 nəfər ictimai işlərə cəlb edilmişdir. Vətəndaşların peşə-əmək qabiliyyətinin artırılması məqsədilə son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nəzdində olmaqla Bakı, Naxçıvan və Göyçay şəhərlərində yeni regional peşə tədrisi mərkəzləri yaradılmışdır.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" qeyd olunan istiqamətdə əldə olunan nailiyyətlərin miqyasını daha da genişləndirib, əhalinin məşğulluq səviyyəsini daha da yüksəldəcəkdir. Dövlət proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosialinstitusional mühitin yaradılması əsasında "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda (2006-2015-ci illər) 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.

Məşğulluq strategiyası ilə bağlı proqramın 2006-2010-cu illəri əhatə edən birinci mərhələsində əsas hədəf işsizliyin nəzərə çarpacaq dərəcədə azaldılması, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsinə yönəlmiş addımların atılması olmuşdur. Bununla yanaşı, əmək ehtiyatlarının keyfiyyətçə yaxşılaşması, onun rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılmışdır. Bu zaman makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, virtual rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi, regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün stimul olan kooperasiyanın inkişafı, respublika ərazisində, xüsusilə də, kənd regionlarında turizm infrastrukturunun inkişafı öz əksini tapmışdır. Eyni zamanda, Ümumdünya Ticarət Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə istehsal olunan məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi, ölkəyə müasir texnika, avadanlıq, texnologiyalars. gətirilməsinin stimullaşdırılması üçün gömrükvergi sahəsində imtiyazların tətbiqi məsələlərinə diqqət yetirilmişdir.

Əmək bazarı və məşğulluğa təsirinin araşdırılması, elm tutmlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və innovsiyalarını öyrənməklə bu sahədə məlumat bazasının, eləcə də yerlixarici investorlar üçün cəlbedici olmayan regionlarda yeni yerlərinin açılması məqsədilə investisiya qoyuluşunun həvəsləndirilməsi kimi məsələlər də proqramın əsas istiqamətləri sırasında yer almışdır. Proqramda sığorta sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, sığorta bazarında investisiya fəaliyyətinin səmərəliliyinin artırılması üçün lazımi tədbirlərin görülməsi də məqsəd kimi qarşıya qoyulmuşdur.

2011-2015-ci illəri əhatə edən ikinci mərhələdə fəaliyyət istiqaməti əsasən, işci qüvvəsinə tələbatın stimullaşdırılmasına, yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşmasına, struktur islahatlarının dərinləşdirilməsinə, investisiya fəallığının daha da artırılmasına və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsinə yönəldiləcəkdir.

Dövlət proqramında qarşıya qoyulan vəzifələr də olduqca genişdir və müxtəlif sferaları özündə ehtiva edir. Həmin vəzifələr əsas etibarı ilə makroiqtisadi siyasət və sahibkarlığın inkişafını, əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsini, işçi qüvvəsinə tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsinı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun inkişafını, işaxtaran və işsizlərin sosial müdafiəsinin gücləndirilməsini, sosial tərəfdaşlıq prinsiplərinin gücləndirilməsini nəzərdə tutur.

Proqramda 2011-2015-ci illər üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir: səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması; əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılması, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və əlavə təhsil şəbəkəsinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması; işaxtaranişsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi; əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi; yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılması; struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının artırılması; insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi. Dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planı qarşıya qoyulan vəzifələrin icrasını həyata keçirəcək müxtəlif dövlət strukturlarını da  müəyyən edir.

Bu proqramın qəbulu həm də onun göstəricisidir ki, ölkəmizdə insan amilinin fəallaşdırılması hesabına iqtisadi potensialın səmərəliliyinin aktivləşdirilməsi və iqtisadiyyatın dönməz tərəqqisinə nail olunması yolu ilə xalqın maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətləri sırasında yer alır. Daha bir önəmli faktor ondan ibarətdir ki, məşğulluq strategiyası həyata keçirilərkən onun həm hüquqi, həm də realizasiya prosesi baxımından ən qabaqcıl dünya təcrübəsinə cavab verməsidir. Xatırlatmaq yerinə düşərdi məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, əmək bazarının inkişaf etdirilməsi, yeni yerlərinin açılmasının sürətləndirilməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə "Yenidən baxılmış Avropa Sosial Xartiyası" Milli Məclis tərəfindən ratifikasiya olunmuş və "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun Avropa Sosial Xartiyasının aidiyyəti müddəalarına uyğunlaşdırılması və təkmilləşdirilməsi qərara alınmışdır.

Bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gucləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür. Bu məqsədlə ərazi məşğulluq proqramının nümunəvi forması təkmilləşdirilmiş və icra üçün yerli məşğulluq mərkəzlərinə göndərilmişdir. Məşğulluq mərkəzləri tərəfindən 2011-ci il üzrə tərtib olunan ərazi məşğulluq proqramları əsasında respublika məşğulluq proqramı hazırlanmışdır.

Hazırda isə Dünya Bankının dəstəyi ilə Azərbaycan Respublikasında "Sosial Müdafiənin İnkişafı" layihəsi həyata keçirilir. Layihəyə əsasən əmək bazarının təkmilləşdirilməsi komponenti üzrə gənclər üçün peşəyönümü xidmətlərinin və modul təlim proqramlarının təkmilləşdirilməsi və digər istiqamətlər üzrə məşğulluq sisteminin inkişaf etdirilməsi işləri davam etdirilir.

Gənclər üçün peşəyönümü xidmətlərinin təkmilləşdirilməsi üzrə xarici ekspertlərlə görüşlər təşkil edilmiş, müzakirələr aparılmış və bununla bağlı Dövlət Məşğulluq Xidmətinin mütəxəssisləri xarici ölkələrdə təcrübə mübadiləsində olmuşlar. Həmçinin cari ilin 9 ayı ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaranişsiz vətəndaşların işlə təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində xeyli görülmüşdür. Belə ki, 2010-cu ilin eyni dövrü ilə müqayisədə bir sıra göstəricilər üzrə nailiyyətlər əldə olunmuşdur. 9 aylıq göstəricilərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə işədüzəltmə üzrə 11,8 faiz, haqqı ödənilən ictimai işlər üzrə 4,1 faiz, peşə hazırlığı üzrə 2,2 faiz artım qeydə alınmışdır. Peşəyönümü ilə əlaqədər görülən işlər diqqət mərkəzində saxlanılmış, 76500 nəfər işaxtaranişsiz vətəndaş, o cümlədən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri peşəyönümü məsləhətlərinə cəlb olunmuşlar. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.

Cari ilin 9 ayı ərzində rayonlarda ənənəvi əmək yarmarkaları da keçirilmişdir. Respublika üzrə keçirilmiş əmək yarmarkalarına 1351 müəssisə tərəfindən 10675 boş (vakant) yerləri təqdim olunmuş, həmin yerlərinə 3860 nəfər işaxtaran vətəndaşlara göndəriş verilmiş, 466 nəfər peşə hazırlığı kurslarına, 229 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Həmçinin cari ildə Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin işlə təmin olunmasına kömək göstərmək üçün məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilmişdir. Belə tədbirlərdə gənclərin əmək bazarına inteqrasiyası ilə bağlı geniş aparılmışdır. Hesabat dövründə rayonlar və sahələr üzrə yerlərini itirən, itirmək ehtimalı olan, əmək fəaliyyətini bərpa edən işçilərin sayı haqqında hüquqi şəxslərdən məşğulluq mərkəzləri tərəfindən məlumatlar toplanılmış, ümumiləşdirilərək əmək bazarının hesablanmasında, sosial yönümlü tədbirlərin görülməsində bu məlumatlar nəzərə alınmışdır.

2008-ci ilin noyabr ayından etibarən dünya iqtisadi böhranının əmək bazarına təsirini müəyyən etmək məqsədilə respublikada vətəndaşların məşğulluğu sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi üçün müxtəlif müayinələr və sorğular keçirilir. 2011-ci ildə məşğulluq xidməti orqanları tərəfindən "İş yerlərinin ixtisarı və yeni yerlərinin açılması ilə bağlı sorğu" mövzusunda 13 sualdan ibarət monitorinq-sorğu blanklarına müvafiq olaraq 1400-2000 müəssisə əhatə olunmaqla 2 dəfə müayinələr aparılmış və təhlil edilmişdir. Seçmə metoduna əsasən respublikanın 9 iqtisadi regionunda dövlət və qeyri-dövlət müəssisəsi sorğuya cəlb olunmuşdur. Monitorinqin əsas məqsədi qlobal maliyyə böhranının ölkədə məşğulluğun vəziyyətinə təsirinin öyrənilməsi idi.               

2012-ci ildə isə əmək bazarı iştirakçılarının tərkibində bir sıra yeniliklər gözlənilir. Belə ki, ölkədə həyata keçirilməsi nəzərdə tutulmuş yeni infrastruktur layihələrinin icrası çoxsaylı işaxtaran vətəndaşların layiqli yerləri ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, Əmək Məcəlləsində yaş senzinin tətbiqi əmək bazarında iştirakçılar arasında gəncləşmə meyillərini artıracaq, gənc mütəxəssislərin məşğul əhali sıralarına daha geniş şəkildə daxil olmasına şərait yaradacaq.

İlkin proqnozlara görə, 2012-ci ildə Dövlət Məşğulluq Xidməti orqanlarına 64000 nəfər işaxtaran vətəndaşın müraciət etməsi gözlənilir. Müraciət edən vətəndaşlardan 48500 nəfərinin işaxtaran kimi qeydiyyata alınması, 32500 nəfərinin müxtəlif yerləri ilə təmin olunmasına kömək göstərilməsi nəzərdə tutulur. 2012-ci ildə qeyri-neft sektorunun inkişafı sayəsində yeni yerlərinin yaradılması məşğul əhalinin sayının artımını stimullaşdıracaq. Ölkədə istehsal sahəsində dünya standartlarına uyğun texnologiyaların tətbiqi istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin yüksəlməsi ilə yanaşı, işçi qüvvəsinin peşəkarlıq səviyyəsinin artması ilə də müşahidə olunacaq. Əmək bazarında rəqabət qabiliyyətli işçi qüvvəsinin müəyyənləşdirilməsi milli peşə standartlarının yaranmasına təkan verəcək. Bu amil, xüsüsən, istehsalla məşğul olan müəssisələrdə peşə və ixtisas dərəcələrinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində mühüm rol oynayacaq. Əmək bazarında tələb və təklif arasında mütənasibliyin yaranmasında işçi qüvvəsinin tərkibinin və ondan istifadə istiqamətlərinin öyrənilməsi vacib amillərdən biridir.

2012-ci ildə qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması məqsədilə bir sıra dövlət orqanları ilə birgə tədbirlər planının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qadınların əmək bazarında tələbata müvafiq yerləri ilə təmin olunması, onların əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, müasir tələblərə uyğun peşə kurslarına cəlb olunması nəzərdə tutulmuşdur.

2012-ci ildə prioritet məsələ kimi əlilliyi olan şəxslərin məşğulluğuna xüsüsi diqqət yetiriləcək. Belə ki, rayonlar üzrə əlillərin reyestrinin yaradılması, cəmiyyətə inteqrasiya prosesinin sürətləndirilməsi, belələrinin cəmiyyətin fiziki cəhətdən sağlam hissəsindən olan insanlardan heç bir fərqinin olmaması psixologiyasının aşılanması, onların digər şəxslərlə birgə işə və təhsilə cəlb olunması nəzərdə tutulmuşdur. Növbəti ildə işəgötürənlərlə Dövlət Məşğulluq Xidməti orqanları arasında sosial tərəfdaşlıq prinsiplərinə üstünlük verilməsi, vakant yerlərinin məşğulluq orqanlarına təqdim olunması mexanizminin təkmlləşdirilməsi, məşğulluq mərkəzlərində uzunmüddətli işaxtaranların və işsizlərin işlə təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutlmuşdur.

2012-ci ildə layiqli əməyin tətbiqi sahəsində transmilli kampaniyaların, yerli şirkət və firmaların fəaliyyətində aktivləşmə gözlənilir. Bununla yanaşı, əmək bazarının tənzimlənməsində həmkarlar ittifaqının, sahibkarlar konfederasiyasının, bələdiyyə orqanlarının imkanlarından istifadə olunması nəzərdə tutulmuşdur.

Ümümiyyətlə, 2012-ci ildə əmək bazarı öz mobilliyi, tələb və təklifin uyğunlaşması ilə yanaşı, tez-tez dəyişməsi ilə də səciyyələnəcək. Bu amil isə işçi qüvvəsinin daha çevik hərəkəti ilə nəticələnəcək.

Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərlə paralel olaraq qarşıya çıxan problemlərin operativ həlli də xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə istər paytaxtda, istərsə də müxtəlif regionlarda keçirilən görüş və qəbullar zamanı vətəndaşların müraciətlərinin dinlənilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən şikayət ərizələrinin obyektiv şəkildə araşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli, eyni zamanda, vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyəti yerli strukturların və onların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz və səhlənkarlıqla yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi ilə əlaqədar lazımi göstərişlər verilir, müvafiq addımlar atılır.

Cari ilin ötən dövründə Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı və digər bölgələrdə, eləcədə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vətəndaşlarla tərəfimdən də belə görüşlər təşkil olunmuşdur. Vətəndaşların yaşadıqları bölgədə qəbulu və müraciətlərinin araşdırılması işləri bundan sonra digər rayonlarda da davam etdiriləcək.

Bütün bunlar ölkə vətəndaşlarının məşğulluq probleminin uğurlu həllinə yol açmaqla bərabər, onların maddi rifah halını yüksəldir, sosial müdafiələrini gücləndirir, insanların layiqli həyat tərzini təmin edir. Belə vəziyyət isə öz növbəsində Azərbaycan dövlətinə, onun başçısına xalqın etimad və güvəncini daha da artırır. Böyük Britaniyanın "Populus Limited" şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 95 faizinin Prezident İlham Əliyevə yüksək etimad göstərməsi, 96 faizinin isə dövlət başçısının fəaliyyətindən razılıq ifadə etməsi məhz bu güvənc və etimadın nəticəsidir. Bütün bunlar deməyə əsas verir ki, fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirən Prezident İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti Azərbaycana daha böyük uğurlar qazandıracaq, onu beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirəcək.

 

Fizuli ƏLƏKBƏROV,

Azərbaycan Respublikasının

əmək əhalinin sosial

müdafiəsi naziri

 

Azərbaycan.- 2011.-9 dekabr.- S.  4.