«Eurovision» müsabiqəsi zamanı Azərbaycanın enerji sistemi heç bir problemlə qarşılaşmayacaq

 

 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək "Eurovision" beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımı ilə əlaqədar Azərbaycan enerji sistemi heç bir problemlə qarşılaşmayacaq.

Bu barədə "Azərenerji" ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, "Eurovision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək yerlərin elektrik enerjisi təchizatı sxemləri hazırlanıb və ən yüksək etibarlılıq meyarlarına cavab verir. Hazırda gücü 240 MVA olanmüasir avadanlıqlarla təchiz olunacaq yeraltı 1003510 kV-luq "Bayıl" yarımstansiyası inşa edilir. Eyni zamanda 6 kV-luq 3 yarımstansiyanın tikintisi, 12 MVt gücündə avtonom ehtiyat dizel-generatorların və 10 MVt gücündə kəsilməz qida mənbəyinin (UPS) quraşdırılması nəzərdə tutulur. Bunlardan əlavə, "Evrovision" beynəlxalq mahnı müsabiqəsi zamanı elektrik enerjisinə olan tələbatın artımını ödəmək üçün müvəqqəti elektrik stansiyasının tikintisi ilə bağlı "APR Energy" şirkəti təkliflər irəli sürüb.

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S. 7.