Mərkəzi Seçki Komissiyasının iclası

 

 Dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2011-ci il 17 noyabr tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları" layihəsi müzakirə olunaraq təsdiqlənmişdir.

İclasda cari il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılmışdır. MSK qərara almışdır ki, həmin müraciət araşdırılması üçün aidiyyəti üzrə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi dairə seçki komissiyasına göndərilsin.

İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər

 

Azərbaycan.-2011.-10 dekabr.-S.4.