2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 06 dekabr 2011-ci il tarixli 2 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 15/51

 

 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 50 saylı Qobustan - Xızı - Sumqayıt seçki dairəsindən Təklə Mirzəbaba bələdiyyəsi üzrə namizəd olmuş Əzizov Ağagül İsfəndiyar oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına teleqramla müraciət edərək həmin seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçkilərin saxtalaşdırıldığını bildirmişbununla əlaqədar tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma tam, hərtərəfli, qərəzsiz, obyektiv aparılmış və müəyyən edilmişdir ki, müraciət Mərkəzi Seçki Komissiyasına Seçki Məcəlləsinin və təlimatın aidiyyət məsələlərinə dair tələblərinin pozulması ilə daxil olduğundan araşdırılması üçün aidiyyəti üzrə müvafiq seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə, seçki subyektləri şikayəti müvafiq seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 32.2.4-cü maddəsinin tələbinə görə, dairə seçki komissiyası seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 50 saylı Qobustan - Xızı - Sumqayıt seçki dairəsindən Təklə Mirzəbaba bələdiyyəsi üzrə namizəd olmuş Əzizov Ağagül İsfəndiyar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 06 dekabr 2011-ci il tarixli 2 saylı müraciəti aidiyyət qaydalarının pozulması ilə daxil olduğundan, müraciət aidiyyəti üzrə baxılması üçün 50 saylı Qobustan - Xızı - Sumqayıt seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

Azərbaycan.-2011.-10 dekabr.-S.4.