TARİXİ HƏQİQƏTLƏR
Son yarım əsrdə tarix elminin bir neçə istiqamətində ardıcıl və uğurlu tədqiqat işləri həyata keçirən akademik Ramiz Mehdiyev zəngin rəsmi materiallara əsaslanaraq ərsəyə gətirdiyi kitablar, sözün əsl mənasında, bilik xəzinəsidir. Ümumiyyətlə, ensiklopedik biliyə malik olan bu məhsuldar elm xadiminin Azərbaycan elminə verdiyi misilsiz töhfələr göz qabağındadır.
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Respublika" qəzetində dərc olunmuş müsahibəsini oxuduqca tarixin müxtəlif dövrlərinə aid fundamental bir əsər oxuyub bitirdiyini hiss edirsən. Heç şübhəsiz, bu yazılanları ancaq Vətənin qədrini bilən, doğma yurdun gələcəyindən narahat olan, yaşadığı zaman ölümsüzlük qazanan, öz daxili dünyasına, öz nəslinə-kökünə qırılmaz tellərlə bağlı olan, bu müqəddəs hissləri gələcək nəslə çatdıran görkəmli elm xadimi, akademik Ramiz Mehdiyev qələmə ala bilər.
Daim yeniləşən həyatımızda yeni, müasir yanaşmanın tətbiqi vacibdir.
Akademik Ramiz Mehdiyev öz müsahibəsində verilən sualları cavablandıraraq azərbaycanlıların milli ideyasının son iki yüz ildə formalaşmasını yeddi mərhələyə bölür və bu ideyanın mürəkkəb təşəkkül yolu keçdiyini, Azərbaycan xalqının tarixinə əsaslanaraq hazırda müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən tanınmış xalqlardan biri olduğumuzu ortaya qoyur. Tanınmış elm xadimi Ramiz Mehdiyevə görə milli ideyanın təşəkkülünün birinci mərhələsi 1828-1875-ci illərdə Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmasıyla azərbaycanlıların tədricən həmrəy olması prosesi başlanmışdır. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini itirmiş və zorla iki hissəyə bölünmək kimi tarixi ədalətsizliyə düçar olmuşdur. Şimali Azərbaycan xanlıqları çar qoşunları tərəfindən tutularkən ruslara müqavimət göstərmədikləri üçün Qarabağ, Şəki və Şamaxı xanlıqlarında idarə sistemi olduğu kimi saxlanılmışdı. Gəncə, Bakı, Quba xanlıqları isə müqavimət göstərdiklərinə görə ərazilərində xan üsuli-idarəsi ləğv edilmişdi. Lakin hakimiyyətdə qalan xanların da ömrü uzun sürməmişdir. Şimali Azərbaycan torpaqları Rusiyanın tərkibinə qatıldıqdan sonra xanların, həmçinin Rusiya tərəfə keçməkdən imtina edib qaçmış feodalların torpaqları dövlət xəzinəsinin ixtiyarına keçmişdi. Kəndlilər istifadə etdikləri torpaqların müqabilində dövlət xəzinəsinə vergilər verir, məsuliyyət daşıyırdılar. Nəticədə öz torpaqlarını və hüquqlarını itirmək təhlükəsi ilə qarşılaşan Kaspi vilayəti bəylərinin böyük narazılığı başlamışdır. Bu da Azərbaycan millətinin oyanmasına, birliyinin yaranmasına, milli şüurun formalaşmasına səbəb olmuşdur.
İkinci mərhələ 1875-ci ildən XX əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Akademik Ramiz Mehdiyev bu mərhələni Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk qəzetin - "Əkinçi"nin təsis edilməsinə bağlayır, Azərbaycan ziyalılarının formalaşmasını və görkəmli maarifçilərin ortaya çıxmasını vurğulayır, milli mənlik şüurunu Azərbaycan identikliyi ilə əlaqələndirir. Ensiklopedik biliyə sahib akademik Ramiz Mehdiyevin bu dəyərləndirməsi doğru və tarixi həqiqətdir. Çünki o zaman çar hökumətinin başında oturanların əksəriyyəti qaragüruhçu millətçilər idilər. Onların siyasətləri çar Rusiyasının əhalisinin əksəriyyətini təşkil edən xalqların çoxuna qarşı yönəlmişdi. Çarizm həmin xalqların, sözün əsl mənasında, cəlladı idi. O ucqarlarda millətlərin baş qaldırmasına, öz azadlığı uğrunda mübarizəyə qalxmasına mane olmaq üçün "parçala və hökmranlıq" et prinsipindən istifadə edir, xalqlar arasında qırğınlar törədirdi. Çarizm xalqları əsarət altında saxlamaq üçün onları dini xilafət içində saxlamağa, savadlanmasına mane olmağa çalışır, ruslaşdırma siyasəti aparırdı. Belə bir şəraitdə xalqın gözünü açmaq, maarifləndirmək lazım idi. Azərbaycanın qabaqcıl ziyalısı, millətinin taleyini düşünən Həsən bəy Zərdabi "Əkinçi" qəzetini təsis edərək çox mühüm bir iş görmüşdür. O, mətbuat vasitəsilə xalqın gözünü açmağa, onu cəhalətdən qurtarmağa çalışmışdır.
Üçüncü mərhələ Rusiyada 1905-1907-ci illər inqilabından başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. "Bu dövrün səciyyəvi cəhəti milli ərazi uğrunda mübarizə yolunun seçilməsidir", deyir tarixi elm xadimi, akademik Ramiz Mehdiyev.
Dördüncü mərhələ 1918-ci ilin may ayından 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrün 1918-ci il 28 may tarixi Azərbaycan milli ideyasının həyata keçməsinin ilk rəmzi olmuşdur.
Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsini akademik Ramiz Mehdiyev Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi dəyərləndirir. Bu dövr 1987-ci ilin axırları1988-ci ilin əvvəllərində başlamış, 1990-cı ilin 20 yanvar faciəsi ilə nəticələnmişdir.
Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşmasında altıncı mərhələni milli şüurun inkişaf edərək Azərbaycan milləti tərəfindən müstəqil bir dövlət yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi səciyyələndirir və bu şüurun oyanmasına 1990-cı il yanvar hadisəsinin güclü təkan verdiyini bildirir. Bu mərhələ 1990-cı ilin yanvarından 1993-cü ilin iyun ayına qədər olan dövrü əhatə edir.
Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş və ömrünün sonunadək çox sevdiyi Vətəninə rəhbərlik etmişdir.
Sovetlər İttifaqının tarixində xüsusi yeri olan, 30 ildən artıq Azərbaycana rəhbərlik edən, Vətəninin hərtərəfli inkişafına, tərəqqisinə nail olan, onu bütün dünyaya tanıdan, müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyev milli ideyanın formalaşması tarixinin yeddinci mərhələsində çox önəmli işlər həyata keçirmişdir.
Dahi şəxsiyyətlər yetirən millət, həqiqətən, uludur. Belə şəxsiyyətlər qabiliyyəti, xasiyyəti və yaradıcı fəaliyyətilə millətinin firavan və xoş sabahı üçün möhkəm zəmin yaradırlar. Türk dünyasının ata-babaları arasında xüsusi yeri olan, nadir zəka sahibi Heydər Əliyev belə bir şəxsiyyət idi.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev qısa bir müddətdə millətinin təhsilini, elmini, mədəniyyətini, ölkəsinin sənayesini, kənd təsərrüfatını inkişaf etdirmişdir. Onun gələcəyə ünvanlanan çıxışları, aldığı qərarlar və fərmanlar Azərbaycan türkünü daim şöhrətləndirmiş, Azərbaycanı irəli aparmışdır. O, Azərbaycanın qədim tarixini olduğu kimi dünyaya çatdırmaqla xalqının ululuğunu, dünyaya çox sayda dahi şair, yazıçı, alim və qəhrəmanlar verdiyini bəyan etməklə bütün dünya millətlərini öz millətinə ehtiramla yanaşmalarını təmin etmişdir.
Sənət və sənətkarın, ədəbiyyat və incəsənətin, poeziyanın qədir-qiymətini bilən ulu öndərimiz Vətəninin görkəmli sənətkarlarını, gözəl sənət incilərini himayə edərdi. Azərbaycanın məşhur bəstəkarı Fikrət Əmirov: "Yaşlarımızın çox yaxın olmasına baxmayaraq, Heydər Əliyevi mən özümə ata bilirəm. Dünyaya gəldiyim gündən mən heç kəsdən Heydər Əliyevdən gördüyüm qədər qayğı görmədim. Yaradıcılıq səhnəsində son on-on iki ildə qazandığım bütün nailiyyətlər üçün özümü ona borclu hesab edirəm. Sən bu qızıl ulduza elə-belə baxma (F.Əmirov Sosialist Əməyi Qəhrəmanı idi), bizim işlərimizin çoxu Rusiyadan, Moskvadan aşır. Hər yerdə bu ulduza görə qapılar üzümüzə taybatay açılır. Başqa respublikaların sənətkarları bizə qibtə ilə baxırlar, bilirsən nəyə görə? Bu ulduza görə yox, rəhbərimizin Heydər Əliyev olduğuna görə" - demişdir.
Ümummilli liderimiz məşhur şair Nizami Gəncəvinin məqbərəsinin yenidən qurulması və onun 840 illiyinin qeyd olunması məsələsini Azərbaycanın mərkəzi aparatında qərara aldı. Yubiley münasibəti ilə dahi şairin adını daşıyan küçə başdan-başa abadlaşdırıldı. Azərbaycanın hər yerində Nizaminin adı ilə bağlı memarlıq abidələri yeniləndi, şairin irsinin təbliği edildi. Gəncə, sözün əsl mənasında, Nizami poeziyası ilə nəfəs aldı. O zamandan etibarən Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin poeziya günlərinin keçirilməsi bir ənənəyə çevrildi. Azərbaycanda və eləcə də şairin vətəni qədim Gəncədə həmin günlər əsl şeir-sənət bayramı kimi qeyd olunmuşdur.
Sovet
hakimiyyəti illərində "milli ideologiya" söhbəti
ola bilməzdi. Lakin millət
olan yerdə ideologiyasız yaşamaq da mümkün deyildir.
"Formaca milli" və ya "milli iftixar hissi" ifadələri
altında daha ayıq millətlər və millət rəhbərləri
milli ideologiyanın yaşamasına, təkcə
yaşamasına deyil, dirçəlib inkişaf etməsinə
də nail olurdular, hər şey bunun həyata keçirilməsi
üsul və formasından asılı idi, gərək bədxahların
əlinə bəhanə verməyəydin ki, səni "millətçiliklə"
ittiham etməyələr. Azərbaycanda milli
ideologiyanın yaşaması üçün ən
münasib vasitə ilk növbədə, dahi Azərbaycan
yazıçı, şair, bəstəkar və tarixi
insanların tez-tez anılması idi. Dahi sənətkarların
yubileyləri xalqa öz dərin mənalı tarixini yenidən
yaşamaq imkanı verirdi. Azərbaycan tarixi ilə dərindən
maraqlanan ulu öndərimiz Heydər Əliyev Azərbaycan
tarixinin yazılmadığı bir mərhələdə son
min ildə yetişmiş dahi yazıçı, şair, bəstəkar
və tarixi insanların vasitəsi ilə xalqa zəngin
keçmişə malik olduğunu dönə-dönə
xatırladırdı və sübut edirdi ki, xalqın
böyüklüyü heç də kəmiyyət anlayışı
deyil. Azərbaycanı dünyaya tanıtmaqda,
xalqın öz böyüklüyünü dərk etməsində
misilsiz vasitə olan yubileylərin keçirilməsini Heydər
Əliyev daim diqqət mərkəzində saxlayır, bu
prosesdən mümkün qədər səmərəli istifadə
olunması qayğısına qalır, bir çox çətin
məsələlərin həllinə özü müdaxilə
edirdi. Ulu öndərimizin bu istiqamətdəki xidmətlərini
yubiley şənliklərinin birində dünyaca
tanınmış şair Oljas Süleymenov belə qiymətləndirmişdir:
"Azərbaycanda sənət və sənətkarın, ədəbiyyat
və incəsənətin, poeziyanın qədir-qiymətini
bilən Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə
namizəd, Azərbaycan KP Mərkəzi Komitəsinin birinci
katibi Heydər Əliyev kimi partiya rəhbəri vardır. Mən Azərbaycanın iri addımlarını son
illər hara gedirəmsə, harda oluramsa, daha tez-tez
görür ve eşidirəm. Təkrar
edirəm, Azərbaycan son bir neçə ildə
özünü təkcə Vətənimizdə deyil, həm
də xarici ölkələrdə yaxşı tanıdıb,
yaxşı ad-san qazanıb."
70-ci illərin əvvəllərində Azərbaycanın
böyük şairləri Füzuli, Nəsimi və Molla Pənah
Vaqifin yaradıcılıqlarına aid yubileyləri təntənəli
və dünya miqyaslı keçirilməsi üçün
xarici ölkələrdən nümayəndələr dəvət
olunmuş, tarixdə xüsusi yerləri olan bu şairlər
barəsində iftixar hissi ilə geniş konfranslar
keçirilmiş, məqbərələr qurulmuşdur. Hətta ulu öndərimiz
Nəsiminin yubileyinə, o zaman Qazaxıstanda keçirilən
Asiya-Afrika Yazıçılar Konqresinin bütün
iştirakçılarını Bakıya dəvət
etmiş, yubiley gecəsi müxtəlif irqlərə mənsub
tanınmış Asiya-Afrika yazıçı və şairlərini
səhnəyə dəvət etdirmiş, məşhur
şairimizin yubileyini böyük bir hadisəyə
çevirmişdi. Xarici ölkə qonaqları tarixdə
analoqu olmayan dünyaca tanınmış bu şairlə və
onu yetirən xalqla tanış
olmalarından məmnunluq duymuşdular. Bu, ulu
öndərimizin Azərbaycanı bütün dünyada daha
yaxşı tanıtmaq arzusuna xidmət edirdi. Yəni bu, azərbaycançılıq
ideyasının gerçək təbliği idi. Azərbaycançılıq ulu öndərimizin
şah əsəridir.
Güclü dövlət ideyasını irəli sürən
dahi liderimiz bir çox vəzifələrin həlli
üçün geniş tədbirlər həyata
keçirmişdir. Onlardan birincisi və ən başlıcası
sağlam düşüncəli, işgüzar milli
kadrların hazırlanması olmuşdur. Buna
görə ilk növbədə təhsil sistemində daha
ciddi işlərin görülməsi üçün iclaslar
keçirmiş, təlimatlar vermişdir. 1970-1987-ci
illər ərzində ölkədə 800-dən artıq məktəb
binası tikilib istifadəyə verilmişdir. 15 mindən
artıq azərbaycanlı gəncin Sovet İttifaqının
170-dən artıq məşhur ali təhsil
ocaqlarında təhsil alıb bir mütəxəssiz kimi
yetişməsinə şərait yaratmışdır. Beləcə, Azərbaycanın gələcəyi
üçün lazım olan mütəxəssislər
hazırlandı, yeni tipli milli kadr bazası yaradıldı.
Bu gün Azərbaycanın əksər sahələrində
vaxtilə Vətəndən uzaqda yüksək ixtisas
qazanmış bu adamlar çalışmaqdadırlar.
"Xalqa xidmət etmək üçün onu sevmək
azdır" - deyən ulu öndər, Moskvanın Bakıda qəbul
edilən hər bir qərarın xırdalıqlarına qədər
müdaxilə etməsinə baxmayaraq, milli köklərə
və ana dilinə bağlı qalmışdır. Onun alimlər,
şair və yazıçılarla keçirdiyi
görüşlərdə ana dilindəki nitqləri xalqa
böyük təsir bağışlayardı. Ümummilli liderimiz Heydər Əliyevin siyasi
müdrikliyi qısa bir zamanda güclü bir idarə sistemi ilə
nəticələndi, Azərbaycanda məhsuldar kənd təsərrüfatı,
qüdrətli sənaye potensialı yaradıldı, nəhəng
zavod və fabriklər fəaliyyətə başladı.
Onun yeritdiyi uğurlu xarici siyasət nəticəsində
ölkə daxilində sabitliyin qorunması, iqtisadi
islahatların aparılması, vətəndaş həmrəyliyi
və milli birlik, müstəqil Azərbaycanın beynəlxalq
miqyasda tanınması təmin olunmuş, Azərbaycan
haqqında həqiqətlər dünya ictimaiyyətinə
çatdırılmışdır. Bütün dünyada
tanınan böyük siyasətçi, dövlət xadimi,
fenomen yaddaş və təfəkkürə malik qeyri-adi nadir
şəxsiyyət respublikaya rəhbərlik etdiyi
bütün dövrlərdə aqrar sahənin
inkişafına və təkmilləşməsinə daim
fikir vermiş və əldə olunan bütün zirvələr
bilavasitə onun adı ilə bağlıdır. Yorulmaq bilmədən çalışan ulu öndərimizin
sayəsində sənaye sürətlə inkişaf etmiş,
kənd təsərrüfatının bütün sahələrində
rekord nəticələr qazanılmışdır.
1988-1993-cü illərdə Azərbaycanın
başına gətirilən müsibətlər,
torpaqlarımızın işğalı, ölkədə qarşıdurmanın
son həddə gətirilməsi Heydər Əliyevin 1987-ci ildə
siyasi arenadan uzaqlaşmasından sonra
başlamışdır. Sənaye və kənd
təsərrüfatı sektorları
dağıdılmış, istehsalın səviyyəsi
düşmüş, aclıq təhlükəsi
yaranmışdı. Azərbaycan
dünyanın siyasi səhnəsində təklənmişdi.
Ona görə də xalq
torpaqlarımızın toxunulmazlığını təmin
etmək, milli suverenliyə nail olmaq, müstəqil dövlət
qurmaq, xöşbəxt gələcəyimiz üçün
möhkəm zəmin yaratmaq kimi ülvi məqsədlər
ortaya qoyan və ağır keçid dövrünün
enişli-yoxuşlu yolları ilə öz millətini itkisiz
aparmağa qadir olan bir rəhbər axtarışında idi.
Bəli, ölkəni ölüm məngənəsindən
çıxarmaq üçün güclü, dünyanın
qəbul edəcəyi bir liderə ehtiyac var idi. Bu lider dünyanın siyasi tarixini yaxşı bilməli,
böyük təcrübəyə və yüksək şəxsi
nüfuza malik olmalı idi. Bu parametrlər
yalnız bir adamda vardı. O da ulu öndərimiz Heydər
Əliyev idi. Bəli, xalqın ümid yeri o idi
və xalq onu yenidən hakimiyyətə dəvət etdi.
Bu da bir həqiqətdir
ki, bu dahi şəxsiyyət Vətənə rəhbər
seçildikdən sonra ölkədə diktatura rejimi
yaratmağa çalışan qanunsuz silahlı dəstələrin
fəaliyyətinə qısa müddətdə son verdi, vətəndaşların dinc şəraitdə
və əmniyyət altında yaşamasını təmin
etdi. On minlərlə soydaşımızın həyatını
məhv etmiş qanlı müharibədə nəfəs dərmək
üçün cəbhə xəttində atəşkəsə
nail oldu. Yalnız belə bir şəraitdə
Azərbaycan üçün yeganə məqbul inkişaf
yoluna keçmək və xalqın rifahını
yaxşılaşdırmaq məqsədilə geniş
islahatlar aparmaq mümkün idi.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövləti tezliklə
iqtisadiyyatımızın müasir tələblər səviyyəsində
tərəqqisini təmin etmək üçün geniş tədbirlər
proqramı hazırlayıb həyata keçirməyə
başladı.
İlk növbədə, neft
strategiyasının əsasını qoyaraq müstəqil
dövlətimizin taleyində neft sənayesinin xüsusi rolunu
və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirdi.
Neft strategiyasının beynəlxalq layihələrin,
iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi
ölkəmizdə bu tükənməz sərvətdən əldə
olunan gəlirin qat-qat artırılmasına rəvac
vermişdir. "Bakı-Tiflis-Ceyhan"
neft ixrac boru kəməri dahi şəxsiyyətin iqtisadi siyasətinin
böyük bəhrəsi və real təntənəsidir.
"Bakı-Tiflis-Ərzurum" qaz kəməri,
"Bakı-Tiflis-Qars" dəmir yolu layihəsi də Ceyhana
uzanan nəhəng magistralı tamamlayır. Beləcə, ümummilli liderimizin yorulmaz fəaliyyəti
nəticəsində Azərbaycan beynəlxalq aləmdə
özünə layiqli mövqe qazandı. Onun
ardıcıl düşünülmüş xarici siyasəti,
Azərbaycana dünya dövlətləri ilə
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri
qurmağa can atan, qonşuları ilə dinc şəraitdə
yaşamağa üstünlük verən ölkə imici
qazandırdı. İlk növbədə erməni
təcavüzü ilə əlaqədar dünya ictimaiyyətinin
nəzərində Azərbaycana münasibətdə süni
yolla yaradılmış mənfi təsəvvürlər
alt-üst edildi. Heç şübhəsiz,
Heydər Əliyevin uzaqgörən xarici siyasəti və
diplomatik səyləri nəticəsində dünya birliyi
kimin haqlı, kimin haqsız olduğunu dərk etdi. Məhz onun sayəsində bu gün Azərbaycan
parçalanmaqdan uzaq, öz iqtisadi və siyasi potensialına
görə regionun aparıcı dövləti kimi
tanınmaqdadır. Azərbaycanda aparılan
dövlət quruculuğu işinin xüsusiyyətləri
ümummilli liderimiz Heydər Əliyevin qibtə ediləcək,
fövqəladə rəhbərliyi sayəsində həyata
keçirilmışdır. O, hakimiyyətdə olanda
da, olmayanda da doğma xalqının və
torpağının hamisi olmuşdur. Mən fəxr
edirəm ki, Türkiyə Böyük Milli Məclisində
ulu öndərimizlə görüşmək mənə nəsib
olmuşdur.
"Dünya
bir pəncərədir",deyib aqillər. İnsan gəlir "pəncərədən"
baxır, gedir. Hər kəs öz alın
yazısını yaşayır. Kimi xatirələrdə
əbədiyyətə çevrilir, kiminsə nə gəldiyi,
nə getdiyi öz doğmalarından başqa heç kəsə
məlum olmur. Kainatda seçkin yeri olan,
ağıl, fikir və üstün zəka və qabiliyyətlə
təchiz edilən insan yüksək bir qayə
üçün yaradılır. Doğru
deyiblər, belə insanlar yer üzünün əşrəfidir.
Dahi şəxsiyyətlər,
müdrik rəhbərlər yetirən millət, həqiqətən,
uludur! O böyük insan Azərbaycan üzərində
sönməz bir günəş olaraq həmişə
yaşayacaqdır.
Son zamanlar Azərbaycan tarixinin müxtəlif sahələri
üzrə elmi araşdırmalar aparılmış, siyasi,
iqtisadi, etnik problemlərin tədqiqində müəyyən
nailiyyətlər əldə edilmişdir. Fəqət
yazılı qaynaqların kifayət qədər olmaması,
xüsusilə Azərbaycan tarixinin son iki yüz ildə
baş verən hadisələri lazımi səviyyədə tədqiq
etməyə, qaranlıq məsələləri
işıqlandırmağa imkan vermir. Çünki
xalqımızın etnik tarixini subyektiv baxımdan izah edən
və müəyyən siyasi məqsədlər güdən
tendensiyalar uzun müddət öz mövqeyini
saxlamışdır. Fəqət elm bir
yerdə dayanmır, inkişaf edir, buna görə də Azərbaycan
xalqının vacib tarixi problemlərinin yeni istiqamətdə
qoyuluşunu və həllini zəruri hesab etməklə də
münasibəti ancaq alqışlamaq olar. Şübhəsiz,
tarixşünaslığımızda təhlil edilmiş
faktlarla yanaşı, kifayət qədər
araşdırılmamış, mübahisəli və bəzən
də ziddiyyətli mülahizələr də vardır.
Aydındır ki, mübahisələr obyektiv və
elmi mübadilə səpkisində aparılmalıdır.
Bilindiyi kimi, hər bir millət öz tarixi
mirasının sahibidir. Bu tarixi mirasın əhəmiyyətli bir
bölümünü də arxiv sənədləri təşkil
edər. Bu da bir həqiqətdir ki,
dövlətin və millətin haqlarını və millətlərarası
münasibətlərini arxiv sənədləri qoruyur,
dövrün ictimai-siyasi quruluşunu ortaya qoyur.
Arxivlərin ən böyük xüsusiyyətləri
tarixi məsələlərə aid doğru mənbə
olmasıdır. Heç şübhəsiz, hər bir
dövlətin və millətin tarixi və həyat
xüsusiyyətləri arxivlərdə yer alır.
Biz dünya ictimaiyyətini, informasiya vasitələrini,
gənc nəsilləri, bu mövzularla əlaqəli təşkilatları
və ya şəxsiyyətləri tamamilə uydurma, həqiqətlərdən
uzaq və müəyyən məqsədlər
üçün hazırlanmış əsərlərlə
baş-başa buraxmamalıyıq. Həqiqətləri
onlara anlatmağa məcburuq. Qoy onlar
müzakirə və mübahisə etsinlər, həqiqətləri
araşdırsınlar, sonra vicdanla qərar versinlər.
Millətçi erməni alimlərinin və din xadimlərinin
zəhlətökən iddialarının heç bir elmi əsası
yoxdur və tamamilə saxtakarlıqdır. İndi
yaxşı məlumdur ki, müasir Ermənistan erməni
etnosunun vətəni deyildir. Tarix göstərir
ki, erməni tayfaları Ermənistandan çox-çox
uzaqlarda yaşamışlar.
Erməni
xalqının səkkiz min il bundan əvvəl
yarandığına dair verilən suala akademik Ramiz Mehdiyev:
"Bu bəyanatın elmlə heç bir əlaqəsi
yoxdur. İnsan nə istəsə uydura bilər.
Lakin məsələ ondadır ki, bəzi
yalançı erməni alimləri tarix elmini əyləncə
mövzusuna çevirmişlər. Əslində onlar
muşk tayfaları kimmerlər tərəfindən Balkanlardan
qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxmış və
az sonra o dövrdə tənəzzülə
uğramış Urartu dövlətinin ərazisində peyda
olmuşlar. Muşklar burada yurd saldıqdan sonra
yerli əhaliyə qarışmışlar. E.ə. VII əsrdən
başlayaraq min il ərzində yerli xalqların və bura gələn
yeni etnik qrupların qatışması, habelə assimilyasiya
prosesləri nəticəsində Kiçik Asiyanın lokal ərazisində
e.ə. III əsrdə özünə "hay" etnonimi
götürmüş yeni etnos formalaşmağa
başladı. Lakin yunanlar onlara yerləşdikləri
Arminiya coğrafi ərazisinə uyğun ad verdilər -
"ermənilər". Beləcə
xalqın özü-özünə verdiyi ikinci ad - "ermənilər"
yarandı" - deyərək cavab verir.
"Ermənistan ərazisində qədim qəbiristanlıqlardan
tapılmış kəllələr baş göstəricilərinə
görə müasir ermənilərin baş göstəricilərindən
kəskin fərqlənir. Öz irsi fiziki əlamətlərinə
görə isə ermənilərin 16 antropoloji tipə
bölünməsi tədqiqatçılarda heyrət
doğurur: bir xalqda bu qədər antropoloji fərq ola bilməz. Doğrudan da, bu, yalnız ermənilərin
tərkibində assimilyasiyaya uğramış və mənşəyi
ilə fərqlənən xeyli etnik qrupun mövcudluğu nəticəsində
mümkün ola bilər. Ermənilərin
etnogenezini öyrənən tədqiqatçılar bilirlər
ki, onların tərkibində assimilyasiyaya uğramış
qaraçıların müəyyən təbəqəsi
vardır. Ola bilsin ki, bu səbəbdən
ermənilər daimi yaşayış yerinə bağlı
deyillər. Bu gün onların nümayəndəsinə
yalnız Amazonka cəngəlliklərində rast gəlməzsən"
- deyir akademik Ramiz Mehdiyev.
J.Deniker də:
"Ermənilər maddi bir çox ünsürlərdən əmələ
gəlmiş qarışıq bir irq kütləsidir" -
demişdir.
A.Frenkel isə 1907-ci ildə Müqəddəs Sinoda yazdığı arayışda qeyd edir ki: "Keçmişin və indinin ən yaxşı erməni tarixçilərini diqqətlə oxuyanda, onların erməni gerçəkliyinə tutqun, kədərli baxışlarına heyrətlənməmək olmur: tamahkarlıq, acgözlük, hərislik, fitnə-fəsad, anda xilaf çıxma, satqınlıq, xəyanət, yaltaqlıq, riyakarlıq, ikiüzlülük, alçalma bu tayfanın başlıca milli xüsusiyyətləridir! Məhz bu xisləti sayəsində onlar hakim millətə həmişə yaxın olublar".
Bu gün erməni lobbisi və diasporu uydurduqları saxta məlumatlar və yalanlarla öz milli varlıqlarını təbliğ etməkdədirlər. Hələlik bunlara bəzi ölkələr inanırlar. Fəqət tarix boyu heç bir dövlətin məqsədi erməni məsələsini həll etmək olmamışdır. Erməni məsələsi güclü dövlətlər arasında hər zaman bir vasitə rolu oynamışdır. Füsunkar təbiəti, zəngin sərvətləri olan Azərbaycan böyük dövlətlərin, xüsusilə də rusların diqqətini cəlb etmiş və zaman keçdikcə onların təzyiqinə məruz qalmışdır. Azərbaycan torpağına işğalçı kimi daxil olan ruslar ermənilərdən bir qul kimi istifadə etmiş, ermənilər də təkcə xalqımızın var-dövlətinə sahib olmamış, həm də bu xalqa elə böyük zərbələr vurmuşlar ki, bu gün belə həmin yaraları sağaltmaq mümkün deyildir. Son 200 ilə yaxındır ki, bu bədəli millətimiz ağır bir şəkildə ödəmiş və ödəməyə davam edir.
Fazil QARAOĞLU,
Professor
Azərbaycan.-2011.-10 dekabr.-S.3.