Akademik Ramiz Mehdiyevin «Gorus - 2010: absurd teatrı mövsümü»

 kitabı Bişkekdə rus dilində çap edilmişdir

 

 Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabı rus dilində çap edilmişdir.

Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, kitabda Ermənistanda  Serj Sarkisyanın prezident seçkilərini saxtalaşdıraraq hakimiyyətə gəlməsi haqqında danışılır, onun Azərbaycan torpaqlarını öz adlarına çıxması ilə bağlı sərsəm bəyanatlarına tutarlı cavab verilir. Əsərdə deyilir ki, 19-cu əsrlərdə, hətta 20-ci əsrin əvvəllərində İrəvan şəhəri, həmçinin Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə ermənilər azlıqda olmuş, azərbaycanlılar isə əhalinin əksəriyyətini təşkil etmişlər.

N.Məmmədov demişdir ki, bu kitabın çapında məqsəd Azərbaycan həqiqətlərinin Orta Asiya xalqlarına çatdırılmasıdır. Kitabın Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılması nəzərdə tutulmuşdur. Əsər qırğız dilinə də tərcümə olunur. Kitabı qırğız dilinə tanınmış yazıçı Mukan Asanaliyev tərcümə edir və gələn ilin əvvəllərində çap ediləcək.

 

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.-2011.-10 dekabr.-S.3.