Dağlıq Qarabağ münaqişəsində

Azərbaycanın mövqeyi haqlıdır

 

 ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəldən bilirdilər ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi haqlı mövqedir.

AzərTAc xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin son bəyanatına münasibət bildirərkən demişdir.

N.Məmmədov bildirmişdir ki, Azərbaycanın da istədiyi odur ki, həmsədrlər və digər beynəlxalq təşkilatların rəhbərləri ilk məqamdan, ilk andan ədalətli mövqe nümayiş etdirsinlər.

Xatırladaq ki, Fransa Senatının, Azərbaycanın Fransadakı səfirliyinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının təşəbbüsü ilə dekabrın 8-də Senatda "Ermənistan ilə Azərbaycan arasında münaqişə, unudulmuş münaqişə" və "ATƏT-in Minsk qrupunun həmsədri Fransa" mövzularında "dəyirmi masa" keçirilmişdir. Minsk qrupunun fransalı həmsədri Bernar Fasye münaqişənin dinc yolla həlli istiqamətində danışıqlar prosesinə üstünlük verən həmsədrlərin səyi nəticəsində Azərbaycan və Ermənistan prezidentlərinin dəfələrlə görüşdüyünü, amma Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması səbəbindən danışıqların nəticəsiz qaldığını bildirmişdir.

 

Azərbaycan.-2011.-11 dekabr.-S.8.