Avropa Parlamentinin üzvləri Ağdam rayonunda olmuşlar
Avropa Parlamentinin üzvləri
Dominik Rike və Filip Bulan
Azərbaycana səfərləri
çərçivəsində dekabrın 10-da Ağdam rayonunda olmuşlar.
AzərTAc xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində
Avropa Parlamentinin üzvləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının birinci
müavini Zülfü
Qasımov qonaqlara Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində
doğma yurd-yuvalarından
didərgin düşmüş
azərbaycanlıların problemləri
barədə ətraflı
məlumat vermişdir.
Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən
1993-cü ildə Ağdam
rayonunun 73,4 faizi - Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan edilmişdir. Rayonun 180 min əhalisindən 155 mini məcburi köçkün
kimi respublikamızın
62 rayonunda məskunlaşmışdır.
Məcburi köçkünlərin ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır.
Qeyd olunmuşdur
ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində genişmiqyaslı
tədbirlər həyata
keçirmişdir. Təkcə Ağdamda
məcburi köçkünlər
üçün 17 qəsəbə
salınmışdır. Hazırda
rayon ərazisində 90 min əhali
yaşayır ki, onun 55 mini məcburi köçkündür.
Z.Qasımov BMT Təhlükəsizlik Şurasının
Azərbaycanla bağlı
qəbul etdiyi dörd qətnaməsinin hələ də kağız üzərində
qalmasını xatırladaraq
beynəlxalq təşkilatlardan
ədalətin təmin
olunmasını istəmişdir.
Səmimi
qəbula görə təşəkkürünü bildirən qonaqlar
ATƏT-in Minsk qrupunun indiyədək
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı heç bir iş görə
bilməməsindən təəssüfləndiklərini
bildirmişlər.
Avropa Parlamentinin
üzvlərinə Ağdamın
işğaldan əvvəlki
və sonrakı görüntülərini əks
etdirən "Qafqaz Xirosiması" filmi təqdim olunmuş, fotoalbom və filmin diski verilmişdir.
Sonra Avropa Parlamentinin üzvləri
2010-cu ilin noyabrında
Quzanlı qəsəbəsi
ərazisində məcburi
köçkünlərin istifadəsinə
verilmiş 689 mənzilli
qəsəbədəki 18 nömrəli
məktəbə gəlmişlər. Ağdam Rayon Təhsil Şöbəsinin
müdiri Elmira Şükürova
qeyd etmişdir ki, 480 şagirdin təhsil aldığı
məktəbdə tədrisin
yüksək səviyyədə
təşkili üçün
dövlət tərəfindən
lazımi şərait
yaradılmışdır.
Avropa
Parlamentinin üzvləri jurnalistlərə müsahibəsində
Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin
tərəfdarı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki,
münaqişə, məcburi köçkünlərin
problemləri haqqında Avropada az məlumatlıdırlar. Bizim
də səfərimizin məqsədi məcburi
köçkünlərin problemləri haqqında daha ətraflı məlumatlanmaqdır.
Azərbaycan.-2011.-11 dekabr.-S.8.