Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç
festivalı başa çatmışdır
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalına dekabrın 10-da yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, konsertdən əvvəl jurnalistlərə müsahibə verən Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festivalı böyük mədəni hadisə kimi qiymətləndirmişdir. Bildirmişdir ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir.
F.Əliyeva demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramına çevrilir. Yeddi gün davam edən festivalda məşhur musiqiçilərin və musiqi kollektivlərinin ifasında dünya klassiklərinin əsərləri səsləndirilir. Bu ənənə bundan sonra da uğurla davam etdiriləcəkdir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında Paris kamera
orkestrinin çıxışı ilə
beynəlxalq festivala yekun
vurulmuşdur. Konsertin dirijoru Lourens Foster
(ABŞ), solisti Jan-İv
Tibode (Fransa - piano) olmuşdur.
Konsertdə Q.Fore, K.Sen-Sans,
İ.Stravinski, F.Şubertin
əsərləri səsləndirilmişdir.
Konsert böyük
maraqla qarşılanmışdır.
Azərbaycan.-2011.-11 dekabr.-S.8.