Hər gəlişi ilə bir
dünyalıq sevinc gətirirdi
Tarixin bir anı
1982-ci ildə ulu öndər Heydər Əliyevə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul bir vəzifə tapşırıldı. Sovetlər ölkəsinin rəhbərliyində önəmli olan bu postda da ulu öndərin istedad və bacarığı, dərin bilik və səriştəsi özünü aydın göstərirdi. Ümummilli liderə məxsus erudisiya və entuziazm onu daim insanlar arasında olmağa, geniş ərazili ölkənin müxtəlif yerlərinə getməyə, qlobal layihələrin icrasına bilavasitə nəzarət etməyə, görməyə, nəticə çıxarmağa səsləyirdi.
Yaşlı nəsil şübhəsiz ki, yaxşı xatırlayır: istər Rusiyanın, istərsə də digər respublikaların ucqar yerlərində ulu öndəri necə hərarətlə qarşılayırdılar! Televiziya ekranlarında bəzən belə yüksək ranqlı rəhbər işçinin gəlişindən, camaata bu cür yaxın, isti münasibətindən heyrətlənən çöhrələr də görünürdü.
Öz xalqını isə bir an belə
unutmurdu. Moskvada yaşayarkən və
işləyərkən də
ulu öndərin qəlbi daim Azərbaycanla birgə döyünür, gözü
həmişə xalqının
üstündə olurdu.
Bununla yanaşı, hətta Vətənə baş çəkməyə, Azərbaycan
xalqı ilə görüşməyə də
vaxt tapırdı.
Bu kadrlar 1983-cü ilə
aiddir. Həmin il ulu öndər işinin həddindən çox olmasına baxmyaraq Bakıya gəlmiş, insanlarla görüşmüş
və bu gəlişi ilə xalqımıza bir dünyalıq sevinc bəxş etmişdi.
Azərbaycan.-2011.-11
dekabr.-S.6.