Burkina-Fasonun Prezidenti zati-aliləri

 cənab Blez Kompaoreyə

 

 Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında təşəkkül tapmış dostluq münasibətləri daim inkişaf edərək əməkdaşlıq imkanlarımızı genişləndirəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh rifah diləyirəm.

 

Hörmətlə,

 

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 noyabr 2011-ci il

 

Azərbaycan.-2011.-11 dekabr.-S.1.