Ulu öndər Heydər
Əliyevin əziz xatirəsi
Təbrizdə
də anılmışdır
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ruhuna Qurani-Kərimdən ayələr oxunmuş, dualar edilmişdir.
Mərasimdə İranın Şərqi Azərbaycan valiliyinin nümayəndələri, ölkənin Xarici İşlər Nazirliyinin şimal-qərb regionu üzrə nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğun əməkdaşları, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında tarixi xidmətləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu, dahi şəxsiyyətin xalqımızın qəlbində daim yaşadığını diqqətə çatdıran baş konsul demişdir ki, ümummilli liderin əziz xatirəsi dünyanın bütün sülhsevər xalqları tərəfindən ehtiramla yad edilir. Dost və qonşu İranda, o cümlədən Təbriz şəhərində ulu öndər Heydər Əliyevin xatirəsi böyük hörmətlə yad olunur, ruhuna dualar oxunur.
İştirakçılar ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş foto və kitab sərgiləri ilə də tanış olmuşlar. Onlara Azərbaycan həqiqətlərinə dair kitab, jurnal və bukletlər paylanmışdır.
Sonda
ulu öndər Heydər Əliyevin şanlı həyat yolunu
və fəaliyyətini əks etdirən film nümayiş
etdirilmiş, ehsan süfrəsi
açılmışdır.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Təbriz
Azərbaycan.-2011.-13 dekabr.-S.4.