Azərbaycan Prezidenti İlham Əliyev Meksika
Senatının
üzvü Karlos Ximenes Masiasın
başçılıq etdiyi
nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də
Meksika Senatının üzvü Karlos Ximenes Masiasın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Dövlətimizin başçısı Azərbaycanın Meksika ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün əməkdaşlığımızı bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində genişləndirməyin zəruriliyini qeyd etdi. Meksika Senatı nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından önəmini vurğulayan dövlətimizin başçısı bundan sonra bu cür qarşılıqlı səfərlərin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirdi.
Karlos Ximenes Masias Meksika Senatının müxtəlif siyasi partiya təmsilçilərindən ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etdiklərini bildirdi. O, ölkəmizin sürətli inkişafı barədə məlumatlı olduqlarını dedi. Karlos Ximenes Masias bildirdi ki, Meksika parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcəkdir. Meksikalı qonaq ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Karlos Ximenes Masias Azərbaycanın energetika sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulayaraq Meksikanın bu sahədə ölkəmizlə əməkdaşlıq etməsinin önəmini də qeyd etdi.
AzərTAc
Azərbaycan.-2011.-13 dekabr.-S.2.