Meksikalı senator: Azərbaycan
20 ildə böyük
iqtisadi inkişaf, uğurlar əldə
etmişdir
Meksika Azərbaycan ilə sıx əməkdaşlıq etmək niyyətindədir. AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Meksika nümayəndə heyətinin rəhbəri, senator Karlos Ximenes Masias bildirmişdir.
Səfərlərində əsas məqsədin parlament diplomatiyası, neft sektoru, ticarət sahələri üzrə danışıqlar aparmaq, birgə layihələr reallaşdırmaqdan ibarət olduğunu deyən senator qeyd etmişdir ki, Azərbaycan 20 ildə böyük iqtisadi inkişaf, uğurlar əldə etmişdir. Xüsusilə də, ölkənizdə yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülmüşdür. Biz bu sahədə Azərbaycanın müsbət təcrübəsini öyrənə bilərik.
Meksika
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
və ümid edir ki, Dağlıq Qarabağ problemi tez bir
zamanda həll olunacaqdır.
Azərbaycan.-2011.-14 dekabr.-S.7.