Fövqəladə Hallar Nazirliyinin maddi-texniki

bazasının gücləndirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılsın, o cümlədən 6,0 (altı) milyon manat yanğından mühafizə bölmələri üçün xüsusi təyinatlı nəqliyyat vasitələri və 4,0 (dörd) milyon manat fərdi mühafizə vasitələrinin alınması üçün.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 15 dekabr.- S.1.