Bioinformatika müasir biologiya elminin zirvəsidir

 

 10 noyabr 2011-ci il tarixdə Bakı şəhərində "Kempinski Badamdar" otelində AMEA ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda bioinformatika elminin inkişafına həsr olunmuş elmi seminar keçirilmişdir. Tədbirdə bioinformatika sahəsində tanınmış mütəxəssislər, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə  dəvət olunmuş ilk azərbaycanlı alim, professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" və ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamovun  "Enerjinin və ətraf mühitin genomikası"  mövzularında məruzələri dinlənilmişdir. Seminarın keçirilməsində məqsəd bioinformatika elmində olan ən son nailiyyətləri elmi ictimaiyyətə çatdırmaq, fikir və təcrübə mübadiləsi aparmaq, gələcək birgə elmi axtarışlar üçün əlaqələr yaratmaq olmuşdur.   Seminarın keçirilməsi tarixi "Sülhİnkişaf Naminə Ümumdünya Elm Günü" ilə bir vaxta düşür. Bu da bir rəmzi məna daşıyır və akademik Cəlal Əliyevin yaratdığı elmi məktəbin uğurlarının göstəricisidir.

10 noyabr tarixinin hər il "Sülhİnkişaf naminə Ümumdünya Elm Günü" kimi qeyd edilməsi 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında elan edilmişdir. Burada əsas məqsəd milli və beynəlxalq səviyyədə elmin rolunu yüksəltmək, eləcə də əldə  ediən elmi nəticələrin cəmiyyətin dinc və davamlı inkişafına təsirini daha da artırmaqdır. Cəmiyyətin davamlı inkişafında elmin rolu hədsiz dərəcədə böyükdür və alimlər bu prosesdə mühüm rol oynayırlar.  Elmdə əldə edilən nailiyyətlər haqqında  xalqın vaxtaşırı məlumatlandırılması isə vacib amillərdəndir. Tarix boyu elmi biliklərə yiyələnmək, elmi tədris etmək şərəfli və məsuliyyətli hesab olunmuşdur. Müqəddəs kitabımız "Qurani-Kərim"də  göstərilir ki, elm öyrənmək Allaha ibadət qədər vacibdir. Bu gün qloballaşan dünyada elmi-texniki tərəqqinin sürətləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə davamlı əməkdaşlıq əlaqələrinin qurulması, bəşəriyyətin rifahına xidmət edən qlobal layihələrın həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. 2002-ci ildən etibarən dünyada qeyd edilən elm həftəsində əldə edilən nailiyyətlərin cəmiyyətə çatdırılması, eləcə də mövcud problemlərdən birgə çıxış yollarının axtarılması məqsədlərinə xidmət edən elmi konfransseminarlar keçirilir, müxtəlif səpkili görüşlər, sərgilər təşkil edilir.

Bu baxımdan noyabrın 10-da Bakı şəhərində AMEA ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda bioinformatika elminin inkişafına və əldə olunan mühüm uğurlara həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda Azərbaycan elmi ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişlər.

Tədbir başlamazdan əvvəl akademik Cəlal Əliyev  jurnailstlərə müsahibə verdi. O dedi:

- Tarix boyu bütün dünyada elm inkişaf etmiş və həmişə yeni-yeni sahələr yaranmışdır. IX əsrdə əsasən fiziologiya inkişaf etmişdi. Fiziologiya yunan  sözü olub, təbiət haqqında elm deməkdir. O canlı orqanizmlərin funksiya və xassələrini müəyyənləşdirən həyat fəaliyyəti proseslərini öyrənir. Sonralar biokimya, molekulyar biologiya, molekulyar genetika inkişaf etməyə başladı. Molekulyar biologiya həyat proseslərini, makromolekulyar strukturları, onların funksiyalarını   molekulyar səviyyədə, molekulyar genetika isə gen səviyyəsində öyrənməyə başladı. Bu elmlər inkişaf etdikcə, yeni bioloji proseslər aşkar edildi,  yeni-yeni məlumatlar əldə edildi. Artıq onları izah etmək çətin olurdu.  Hər bir elm sahəsinin öz dövrü olur. Sonra yeni sahələrə tələbat yaranır.  Bu zaman riyaziyyat köməyə gəldi və riyazi yollarla prosesləri daha dəqiq öyrənmək mümkün oldu. Elmlə məşğul olan hər bir şəxsin vəzifəsi, əsas məqsədi - həmişə gələcəyə, irəliyə baxmaq, təzə sahələri inkişaf etdirmək, yeni ideyalar verməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi yenidən təkrar etmək elmə yeni töhfələr vermir, ona görə də daim yeni ideyalarla yaşamaq lazımdır.

Hələ keçən əsrin 70-ci illərində Heydər Əliyev SSRİ-nin müxtəlif respublikalarına hər il 100-lərlə tələbə göndərirdi. Təhsillərini başa vurub qayıdan və həmçinin yerli universitet və institutları bitirən gənclər içərisində istedadlılarını seçib,  müxtəlif qabaqcıl elmi mərkəzlərinə, xüsusilə Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyevs. şəhərlərin aparıcı elmi-tədqiqat institutlarına göndərdim. O zaman Novosibirskdə SSRİ EA-nın mərkəzini açdılar. Moskvada bəzi alımlər  buna bir qədər qəribə baxırdılar və onun aktiv fəaliyyət göstərməsinə inanmırdılar. Ancag o mərkəzdə çox istedadlı alimlər çalışırdılar. Mən ora çoxlu gənclər, xüsusən riyaziyyatçılar göndərdim. Orada təəccüb edirdilər ki, bura heç yerdən adam gəlmir, amma Cəlal Əliyev bura niyə bu qədər gənc, xüsusən riyaziyyatçı göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılarından oldu. Ona görə də elmlə məşgul olan təkcə bu günü yox, sabahı, o biri günü görməlidir. Və bizim göndərdiyimiz riyaziyyatçılar bir mütəxəssis kimi yetişib yeni sahələrdə işləməyə başladılar. SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra müxtəlif xarici ölkələrə, o cümlədən ABŞ, Almaniya, İngiltərə, Kanada, Avstraliya kimi   ölkələrə dəvət aldılar. İndi onlar xaricdə maraqlı elmi axtarışlarla məşğuldurlar, uğurla işləyir və dünya elminə töhfələr verirlər. Bu mütəxəssislər ilk növbədə Azərbaycan xalqının qürurudurlar. Götürək Qərib Mürşüdovu. Əslən  Şəmkir rayonunun uzaq bir kəndindən olan Qərib Mürşüdov Kembric Universitetinə dəvət olunub, orada çalışır. Elmdə ölçü vahidləri vardır. İlk növbədə istinad indeksi. Yəni hansı alim hansı əsərində sənin işlərinə istinad edir. Bəziləri bunu əhəmiyyətsiz hesab edir. Ancaq bu, çox vacibdir. Q.Mürşüdovun işlərinə istinadların sayı 10 mindən artıqdır. Kembric Universiteti dünya universitetlərinin top siyahısında I yerdə dayanır.  Belə bir universitetə azərbaycanlı alimin dəvət olunması onun işlərinin yüksək səviyyədə olması ilə bağlıdır. Professor Qərib Mürşüdov Azərbaycan xalqı üçün fəxrdir. Digər azərbaycanlı alım Vidadi Yusibov ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin direktorudur. 200-dən artıq işçisi var. Fotosintez edən bitkilər əsasında vaksinlərin alınması ilə məşğuldur. 2005-ci ildə "Eskvayer" jurnalının sorğusuna görə, professor Vidadi Yusibov Amerika elminin 10 ən parlaqümidverici beyinlərindən biri hesab olunur. Mənim hazırladığım 30-dan artıq alım dünyanın ən müxtəlif qabaqcıl ölkələrində uğurla çalışır. Elmin fundamental problemlərinin öyrənilməsi nəticəsində yeni texnologiyalar meydana çıxır. Bunlar nümunə olmalıdır, digər alimlər də dünənlə yaşamamalı, həmişə gələcəyə baxmalıdır".

Bu seminarın Azərbaycanda bioinformatika elminin inkişafına və əldə olunan mühüm uğurlara həsr olunması çox önəmlı bir hadisədir.  XXI əsri haqlı olaraq biologiya əsri adlandırırlar. Bu  anlam, bəşəriyyətin gələcəyi və dinamik inkişafı üçün global əhəmiyyət daşıyan biologiya elmində, ilk növbədə isə onun aparıcı sahələri olan molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistem biologiyası, biotexnologiya,  sintetik biologiya sahələrində əldə olunan çox böyük kəşflərlə bağlıdır. Həyat haqqında elmlərin sürətli inkişafı XX əsrin ikinci yarısında biologiya sahəsində  çoxsaylı əsrarəngiz kəşflərin olmasına gətirib çıxarmışdır. Genetik kodun açılması, zülal sintezinin əsas mərhələlərinin müəyyənləşdirilməsi, canlı hüceyrədə gedən bir çox metabolik proseslərin tədqiqi, bir çox orqanizmlərin, o cümlədən insan genomunun açılması,  orqanların və orqanizmlərin klonlaşdırılması və s.  bunlara misaldır. Bu gün artıq biologiya öz klassik çərçıvəsindən çıxaraq, digər elm sahələrinin - kimyanın, fizikanın, riyaziyyatın, kompyuter elminin dərinliklərinə nüfuz etmişmühüm yeni elm sahələrinin əsası qoyulmuşdur. Belə sahələrdən biri də bioinformatikadır.

Bioinformatika 2 texnoloji inqilabın - biotexnologiyanın və informasiya texnologiyasının yaradılması və sürətli inkişafının, onların elmi nailiyyətlərinin birgə tətbiqinin nəticəsi kimi formalaşmış yeni elmi fəaliyyət sahəsidir. "Bioinformatika" məhfumu elmi ədəbiyyatda yalnız 1991-ci ildən başlayaraq işlədilsə də, bu elmin formalaşma dövrü təxminən son 40 ili əhatə edir. Geniş mənada bioinformatika dedikdə, kompyuter texnologiyalarını və riyazi metodları tətbiq etməklə bioloji məlumatların toplanması, sistemləşdirilməsi, saxlanılması və ötürülməsi, analizi və interpretasiyası üzrə fundamental və tətbiqi yönümlü tədqiqatlar sahəsi başa düşülür. Dar mənada isə bioinformatika genetik məlumatın təşkili, ekspressiyası və təkamülü ilə bağlı tədqiqat sahəsidir. Yalnız 1998-ci ildə elmi ictimaiyyət tərəfindən ayrıca elm kimi qəbul olunmuş bioinformatika qısa müddət ərzində müasir biologiyanın aparıcı qollarından birinə çevrilmişdir.  Bu günsabah təbabətin, kənd təsarrüfatının və əczaçılıq sənayesinin inkişafı  bioinformatika elmi olmadan qeyri-mümkündür. Bu baxımdan "Bioinformatika - gələcək biologiyanın uğurlarının açarlarından biridir" desək, - səhv etmərik.

Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov biologiya elminin inkişafının XX əsrin ikinci yarısından başlayaraq fizika, riyaziyyat elmlərinin, informasiya texnologiyalarının tətbiqi nəticəsində yeni istiqamətlərin yaranması və inkişafı ilə səciyyələndiyini bildirdi. O dedi:

- Akademik Cəlal Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimyabiofizika sahələrində tədqiqatları genişləndirərək yeni tədqiqat istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatiknın inkişafının əsasını qoymuşdur.  Akademik Əli Abbasov bioinformatika sahəsində aparılmış tədqiqatların və alınmış nəticələrin biologiyanın fundamental sahələrindən olan molekulyar biologiyanın, genetikanın inkişafında mühüm rol oynadığını qeyd etdi. Nazir bildirdi ki,  Azərbaycanda bioinformatikanın inkişafı ötən əsrin 70-ci illərinin sonunda bu sahəyə riyaziyyatçıları cəlb etməklə başlayır və bunun təşəbbüskarı, yaradıcısı və himayədarı məhz akademik Cəlal Əliyev olmuşdur. C.Əliyev tərəfindən müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat, agrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin hazırlanmasına başlanmışdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərinin həllində riyazi metodlardankompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. 20-25 il əvvəl bu nadir hadisə idi, hətta Qərbdə belə heç kim biologiyaya kompyuterin tətbiqi ilə məşğul olmurdu. Təsadüfi deyildir ki, Azərbaycanda ilk və yeganə Bioinformatika laboratoriyasi da onun rəhbərlik etdiyi AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın fundamental problemləri şöbəsində yaradılmış və hal-hazırda uğurla fəaliyyət göstərir. Bu faktlar ona görə xüsusi qeyd olunmalıdır ki, həmin dövrdə və sonralar respublikamızda elmin inkişafı üçün cavabdeh olan şəxslərin çoxu riyazikompyuter metodlarının molekulyar biologiyagenetikada istifadə olunması imkanlarının mahiyyətinə varmadan  hər vəchlə bu istiqamətin əleyhinə çıxırdılar. Bu gün biz qürur hissi ilə deyə bilərik ki, keçmiş sovet məkanında 15 respublikadan bioinformatikanın ən çox inkişaf  etdiyi   respublika Rusiyadan sonra məhz Azərbaycandır.

Akademik Cəlal Əliyevin milli kadrların yetişdirilməsi məsələlərinə də böyük önəm verdiyini qeyd edən nazir vaxtilə keçmiş SSRİ EA-nın Kristalloqrafiya İnstitutunda, SSRİ EA Sibir bölməsinin SitologiyaGenetika İnstitutundaNovosibirsk Dövlət Universitetində hazırlanmış azərbaycanlı alimlərin hazırda ölkəmizdə və onun hüdudlarından çox-çox kənarlarda  Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s. çalışdıqlarını, yüksək nəticələr əldə etdiklərini qeyd etdi.

Sonra hər bir məruzəçi haqda qısa məlumatlar verildi. Qeyd olundu ki, Qərib Mürşüdov 1962-ci ildə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, ilyarımlıq hazırlıqdan sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. 1989-1992-ci  illərdə Kristalloqrafiya İnstitutunun aspirantı olmuşdur. 1993-cü ildə  "Micrococcus lysodeikticus  bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu " mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi  elmi dərəcəsini almışdır. 1993-cü ildən 2011-ci ilə qədər Böyük Brityaniya Birləşmiş Krallığının York Universitetində, 2011-ci ildən Kembric Universitetində işləyir. Qeyd etmək lazımdır ki, Qərib Mürşüdov  ilk azərbaycanlı alimdır ki, dünya universitetlərinin top siyahısında 1-ci yerdə olan Kembric Universitetində işləməyə dəvət almışdır.  Hal-hazırda bu universitetin molekulyar Biologiya İnstitutunun Kompüter kristalloqrafiyası qrupunun rəhbəridir. Məşğul olduğu sahə riyaziyyat  kompyuter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların rentgen kristal strukturunun öyrənilməsində tətbiqidir. Onun proqramlarından makromolekulların strukturu ilə məşğul olan tədqiqatçılar geniş istifadə edirlər. Qərib Mürşüdov 60-dan çox elmi məqalənin, bir neçə kitabın və toplunun müəllifi və həmmüəllifidir. Ümumən məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 12000-dən çoxdur.  Bu, çox böyük göstəricidir. Xaricdə çalışan azərbaycanlı alimlər arasında ən çox istinad məhz onun işlərinədir.

Digər məruzəçisi, ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamovdur. Asəf Salamov 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin fizika fakültəsini bitirmişdır. Təyinatla akademik    Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmişdir.  Müəyyən müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın SitologiyaGenetika İnstitutuna göndərilmişdir. 1987-1990-cı  illərdə SitologiyaGenetika İnstitutunun aspirantı olmuşdur. 1991-ci ildə  "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək,  biologiya elmləri namizədi  elmi adını almışdır. 1991-1993-cü illərdə AMEA Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışmışdır. 1993-1996-cı illərdə ABŞ-ın  Texas Beylor Tibb kollecində,  1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ Kaliforniya ştatının San-Fransisko şəhərində  Biotexnologiya kompaniyasında işləmişdır. 2002-ci ildən bu günə qədər ABŞ-ın  Birləşmiş Genom İnstitutunda çalışır. Eyni zamanda,  Asəf Salamov 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafi Fondunun qalibi olmuş akademik Cəlal Əliyevin rəhbərlık etdiyi beynəlxalq layihələrin icraçılarından biridir. Məşğul olduğu sahə riyaziyyat  kompyuter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin  müəllifidir. Onun məqalələri dəfələrlə yüksək impakt-faktora malik çox nüfuzlu "Nature", "Science"  jurnallarında dərc olunmuşdur.  O, həmçinin "İnsan genomu" üzrə Beynəlxalq layihənin iştirakçilarından biri olmuşdur.

Qeyd etmək lazımdır ki, hər iki alim 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qalibi olmuş akademik Cəlal Əliyevin rəhbərlik etdiyi beynəlxalq layihənin icraçılarıdır.

Sonra Kembric Universitetinin  professoru Qərib Mürşüdov "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" mövzusunda məruzə ilə çıxış etdi. Q.Mürşüdov öz çıxışında  zülalların fəza quruluşunun öyrənilməsi ilə əlaqədar apardığı fundamental tədqiqatlar və onların əhəmiyyəti haqqında  ətraflı məlumat verdi. ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamovun  məruzəsi "Enerji və ətraf mühitin genomikası"na həsr olunmuşdu.

Sonda hər iki məruzəçi seminar iştirakçılarını maraqlandıran suallara cavab verdilər.

Şübhəsiz ki, bu seminar Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında  çox önəmli rol oynayacaq, eyni zamanda respublikamızda elmin digər sahələrinin dinamik inkişafına  da böyük stimul verəcəkdir.

 

 

 

İradə HÜSEYNOVA,

biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2011.-14 dekabr.-S.6.