Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin əməkdaşlarına
ali
hərbi
rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü
bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin
aşağıdakı əməkdaşlarına general-mayor
ali hərbi rütbəsi verilsin:
Həsənov
Məhərrəm İmamqulu oğlu - Xüsusi Riskli Xilasetmə
Xidməti rəisinin birinci müavini - qərargah rəisi
Zamanov
Niyazi Əhəd oğlu - Fövqəladə halların nəticələrinin
aradan qaldırılması işinin təşkili Baş idarəsinin
rəisi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 dekabr
2011-ci il
Azərbaycan.- 2011.- 15 dekabr.- S.1.