Ulu öndərin tikib-qurduğu
işıqlı şəhər
Neçə ildir ki, Heydər Əliyev cismən aramızda yoxdur. Amma onun adı dillərdə, məhəbbəti könüllərdədir. Müqəddəs arzuları, ideyaları həyatından artıq sevdiyi, həmişə azərbaycanlı olmağı ilə fəxr etdiyi doğma yurdun hər tərəfində reallığa çevrilir.
Ulu öndər Azərbaycanın bütün bölgələrini çox sevirdi. Özünün də etiraf etdiyi kimi, Mingəçevirə isə xüsusi münasibəti vardı. Bu, təsadüfi deyildi. Ölkənin əsas enerji təminatçısı olan Mingəçevirin inkişaf etməsində, tikilib-qurulmasında ulu öndərin misilsiz tarixi xidmətləri vardı. Nur şəhərinin qədirbilən sakinləri isə bu böyük insanın tarixi xidmətlərini həmişə ehtiramla xatırlayırlar. Həmsöhbətim Mingəçevir ziyalıları arasında böyük nüfuz sahibi olan, şəhərin ictimai-siyasi həyatının fəal iştirakçısı Mirzə Cavadovdur. Mirzə müəllim uzun illər Mingəçevir şəhər təhsil şöbəsinə rəhbərlik edib. Yeni Azərbaycan Partiyasının I, II, III, qurultaylarının, iştirakçısı olub, ulu öndər Heydər Əliyevin Mingəçevirə səfərləri zamanı dəfələrlə onunla görüşüb. Bu gün şəhər 2 saylı məktəbə rəhbərlik edən Mirzə müəllimdə Heydər Əliyevlə bağlı çoxlu maraqlı xatirələr var.
Mirzə
Cavadov deyir:
"1999-cu ilin 31 avqustu
idi. Prezident sarayında ölkənin
qabaqcıl təhsil işçiləri ilə
unudulmaz rəhbər Heydər Əliyevin görüşü keçirilirdi.
Bu unudulmaz görüşdə
mən də iştirak edirdim. Görüşdə ulu öndərin
dərin məzmunlu çıxışı nöqtə,
vergülünə kimi
yaddaşıma həkk
olub. Heydər Əliyevin görüşdə
iştirak edən müəllimlərə verdiyi
dəyərli tövsiyələr
hələ də qulağımdadır. Sevimli rəhbər
bizə müraciətlə
deyirdi ki, əziz müəllimlər,
gənc nəslə, yeniyetmələrə birinci
növbədə Azərbaycan
tarixini, Azərbaycan ədəbiyyatını, Azərbaycan
coğrafiyasını öyrədin.
Bizim başımıza gətirilən
bəlaların bir əsas səbəbi də odur ki,
öz tariximizi yaxşı bilmirik. Öz tarixini yaxşı bilməyən
xalq isə böyük uğurlara qadir ola
bilməz".
Mirzə müəllim söhbətinə
davam edib deyir ki, ulu
öndərin dəyərli
tövsiyələri bu
gün də bizim fəaliyyətimizin əsas istiqamətidir. Bütün səy
və bacarığımızı
sərf edərək çalışırıq ki,
elmli, vətənpərvər,
xalqına, vətəninə
sədaqətli gənclər
tərbiyə edək.
Bu gün nur şəhərinin sakinləri
çox böyük ehtiramla deyirlər ki, müasir Mingəçevir Heydər
Əliyev qüdrətinin,
fədakarlığının məntiqi nəticəsidir. Həmişə
Mingəçevirə səfərdən
böyük məmnunluq
duyan Heydər Əliyev 1998-ci ilin 8 oktyabrında şəhər
sakinləri ilə görüşdə demişdi:
"Mingəçevirin tikilməsində,
qurulmasında, inkişaf
etməsində vaxtilə
mən çox zəhmət çəkmişəm.
İndi mən buraya gəlib bu hündür
binaları, gözəl
küçələri, gözəl
yaşıllıqları görəndə
sevinirəm. Çünki
30 il bundan
öncə mən Azərbaycana rəhbərliyə
başlayarkən biz Azərbaycanın
hər yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri
olduğuna görə
buraya xüsusi fikir verirdik".
Bir zamanlar yüksəlişinə, tərəqqisinə
ulu öndərin böyük önəm verdiyi Mingəçevir ötən illər ərzində tanınmaz olub. Xüsusilə son illər burada
həyata keçirilən
möhtəşəm abadlıq,
quruculuq tədbirləri
şəhəri başdan-başa
dəyişdirib, daha gözəl, daha yaraşıqlı edib.
Tikilməsində, qurulmasında Heydər
Əliyevin böyük
əməyi olan Mingəçevirin işıqlı
bu günü Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti ilə sıx bağlıdır.
Ana Kürün ikiyə böldüyü
bu gənclik şəhərində indi
görkəmli parkların
sayı-hesabı yoxdur.
Mingəçevirin gecələri başqa
bir aləmdir. Elə bil lacivərd göylərdən ovuc-ovuc
ulduz yağıb şəhərin üstünə.
Al-əlvan işıqlar
qaranlıq gecələri
də parlaq gündüzə çevirir...
Mingəçevirdə ulu öndərin anım gününə ciddi hazırlıq görülüb. Keçirilən
ümumşəhər iməcilikləri
sayəsində hər
yerdə səliqə-sahman yaradılıb. Şəhər icra hakimiyyətinin
hazırladığı tədbirlər
planında görüləcək
bütün işlər
öz dəqiq əksini tapıb. Ötən illərdə olduğu kimi, şəhər əhalisi xalqımızın
ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsini
ziyarət edir, önünə qızıl
güllər qoyur.
Lazım
QULİYEV,
Azərbaycan.-2011.-14 dekabr.-S.5.