F.Q.Səmədovaya
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün təsis edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
energetika sahəsində səmərəli fəaliyyətinə
görə Fatma Qafarovna Səmədovaya Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 dekabr 2011-ci il
Azərbaycan.- 2011.- 15 dekabr.- S.1.