H.C.Xudiyevə «Əməkdar jurnalist» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Hikmət Cəmil oğlu Xudiyevə "Əməkdar jurnalist" fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 15 dekabr.- S.1.