Dağlarda dəryaça yaradılır
Şəmkirdə
nur, bolluq və bərəkət
çeşmələri çağlayır. Ulu
öndər Heydər Əliyevin tapşırığı ilə
Şəmkir və Yenikənd su elektrik stansiyaları inşa
olundu. İndi isə Prezident İlham
Əliyevin təşəbbüsü ilə Şəmkirçayın
üzərində, dağların başında nəhəng
dəryaça yaradılır.
Tarixi bir gün - 25 may 2009-cu il yada düşür. Prezident İlham Əliyev
dağlar diyarının
qonağıdır. Şəmkirçayın
məcrasında inşa
edilən dəryaçanın
təməlqoyma mərasiminə
gəlib ətrafı
seyr etdi, dəryaçanın yeri-yatağı
ilə tanış
oldu.
Dövlət başçısına məlumat
verildi ki, bu nəhəng obyektdə hər şey çox dəqiqliklə nəzərdə
tutulub. Burada əsas nəqledici
sistemlərlə yanaşı,
enerji mənbəyi, daşqın təhlükəsi
və qəza zamanı suburaxıcı tunellər də inşa olunacaq. Ən müasir standartlar səviyyəsində çəkiləcək
Şəmkirçayın əsas
kanalında suyun nəqli saniyədə 28 kubmetrə çatacaq.
Uzunluğu 12 kilometr olan
bu kanalın yarıdan çoxu tuneldən keçəcək,
qalan hissəsi isə təbii axarla gedəcək.
Dəryaça geniş ərazini
əhatə edəcək,
Daşkəsənlə Gədəbəy
rayonlarının qovşağına
qədər uzanacaq, ümumi tutumu 160 milyon kubmetr olacaq, su səthinin
sahəsi 504 hektara, maksimum dərinlik isə 122 metrə çatacaq. Dəryaçada elektrik enerjisi
istehsal etmək üçün 6 aqreqat quraşdırılacaq. Ona görə də
bu yerlərdə nəhəng dəryaçanı
bolluq-bərəkət çeşməsi,
işıq və nur mənbəyi adlandırırlar.
Regionların inkişafına tükənməz
qayğı və diqqət göstərən
dövlət başçısı
bu mühüm obyektə xüsusi önəm verir. Cənab
İlham Əliyev ictimaiyyətin nümayəndələri
ilə görüş
zamanı demişdir:
"Bölgədə ən
böyük su anbarının tikintisi başlanmışdır. Şəmkirçay su anbarının təməl daşı qoyulmuşdur. Sırf dövlət
tərəfindən maliyyələşdiriləcək
bu layihə əminəm ki, 3-4 ilə tamamlanacaqdır.
İlkin hesablamalara görə, qoyulacaq vəsaitin həcmi 400 milyon manatdır və bu illər
ərzində minlərlə
yeni iş yeri açılacaqdır.
Şəmkirçay su anbarı
və elektrik stansiyası istifadəyə
veriləndən sonra həm ucuz elektrik
enerjisi əldə ediləcək, eyni zamanda, on minlərlə suvarılmayan yeni torpaqlara su veriləcəkdir.
Şəmkir, Göygöl, Samux
və Gədəbəy
rayonlarının ərazisində
suvarma məsələləri
öz həllini tapacaqdır. Bu da özlüyündə yeni əkin sahələrinin işə
düşməsinə gətirib
çıxaracaq, kənd
təsərrüfatı istehsalı
artacaq, beləliklə,
biz öz ərzaq təhlükəsizliyimizi daha
çox təmin edəcəyik, daha çox kənd təsərrüfatı məhsulları
ixrac edəcəyik".
Ümumiyyətlə, burada inşaat işləri başa çatandan sonra azı 70 min hektar sahənin suvarılması təmin olunacaq, il ərzində
56 milyon kilovat-saat elektrik enerjisi veriləcək.
Çox gərəkli, çox genişmiqyaslı bir işdir. Hələ sovetlər dönəmində
belə bir dəryaça barədə
söz-söhbət gedirdi.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə bu mühüm obyektin adı dəfələrlə
rəsmi dövlət
sənədlərinə də
salınmışdı. Amma illərdən bəri bu gərəkli
iş arzu, istək olaraq qalırdı. Onun icrası Azərbaycanın
müstəqillik zamanına,
qurucu rəhbər kimi tanınan cənab İlham Əliyevin dövrünə
düşdü. Ulu öndər
Heydər Əliyevin arzusu indi onun
layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən
həyata keçirilir.
Bilavasitə cənab İlham Əliyevin təşəbbüsü
ilə dağların
qoynunda, Şəmkirçayın
məcrasında nəhəng
dəryaçanın yaradılması
qərara alındı. Bu mühüm obyektin inşası "Meliorasiya
və Su Təsərrüfatı"
ASC-yə həvalə
olundu. Vəsait buraxıldı, tender keçirildi, tikinti təşkilatı müəyyən
edildi. Bu, "Cengiz" türk inşaat-sənaye və ticarət şirkətidir.
"Cengiz" şirkətinin
məsul işçisi
Mehmet Səlahəttin
Yazıçı ilə
görüşüb söhbət
etdik:
- Belə bir dəyərli
işin bizə etibar olunmasından çox məmnunuq, - dedi. - Çalışırıq
ki, bu yüksək
etimadı işimizlə
doğruldaq. Azərbaycan dövləti bizə
həmişə qayğı
və diqqət göstərir. Odur ki, işimiz ahəngdar gedir. Hazırda burada 170 nəfər
işçi çalışır.
Onların, demək olar
ki, hamısı yerlidir. Qonşu kəndlərdən gəlib-gedirlər. Sıravi fəhlədən
tutmuş mexanizatora, mütəxəssisə kimi
hər kəs öz işinin öhdəsindən bacarıqla
gəlir. Mən hamıdan
çox razıyam.
Onlardan biri də Məmməd Əmirovdur, qoy sizi obyektdə görülən işlərlə
tanış eləsin.
Məmməd Əmirov təcrübəli
mühəndisdir. Uzun illərdir ki,
müxtəlif sahələrdə
çalışır. İşin hər incəliyinə bələddir. Deyir ki, burada əsasən
üç istiqamətdə
iş gedir. Su anbarının məcrasında bəndin bünövrəsi qoyulub.
Üç tunel qazılıb.
Üçü də vaxtında
və yüksək keyfiyyətlə başa çatıb.
Kanalların inşasına isə Mehmet Yılmaz rəhbərlik edir. Müxtəlif
istiqamətdə bir neçə kanalın inşasında iş gedir. Su əvvəlcə
tuneldən keçəcək,
sonra isə açıq kanalla axacaq. Sağ və sol sahil kanalları müxtəlif
istiqamətlərə doğru
uzanır. Zəyəm
qəsəbəsinə, Gəncə
istiqamətinə və
Şəmkir maşınlı
kanalına kimi... Maşınlı kanaldan isə
suvarma suyu Samux və Göygöl
rayonlarına ötürüləcək.
Gülənbir dağının yeni həyatı başlanır. Ən müasir
texnika aramsız işləyir. Bu mühüm obyektdə işlər getdikcə yeni vüsət alır. Aylar, illər keçəcək.
Gülənbir dağının
başında çağlayan
bolluq və bərəkət çeşmələrindən
hər yana
içməli və suvarma suyu veriləcək,
Şəmkirçayın elektrik
enerjisi yaxın-uzaq ellərə nur paylayacaq.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 15
dekabr.- S.1.