Azərbaycan Respublikasının

Mülki Prosessual Məcəlləsində

dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278;  2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4,  № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619) aşağıdakı dəyişikliklər  edilsin:

1.  50.2-ci maddədə "hüquqi şəxslər," sözlərindən sonra "habelə dövlət idarə və təşkilatlarının və ya" sözləri əlavə edilsin.

2.  306.3-cü maddədə "Təsisçiləri" sözü "Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 15 dekabr.- S.2.