«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında» Azərbaycan
Respublikasının 2011-ci il 15 noyabr tarixli 238-IVQD nömrəli
Qanununun tətbiqi və «Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə\"
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 238-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III
kitab, maddə 612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12,
maddə 755; 2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹
8, maddələr 478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə
434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582;
2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4,
maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr
607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddələr
67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr
801, 802, ¹ 12, maddə 1101; 2006, ¹ 2, maddə 83, ¹ 4, maddələr
321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr
662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942,
945; 2007, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7,
maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr
1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008, ¹ 1, maddə 7, ¹ 3, maddə
186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə
713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr 969,
971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹ 3, maddə
163, ¹ 4, maddə 226, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9,
maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12, maddələr
979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5, maddə
393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr 721, 725, ¹
10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3, maddələr
174, 175, ¹ 6, maddələr 490, 511, 513; Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 511 nömrəli
Fərmanı) 2.26-cı bəndində "və
300.0.1-300.0.3-cü" sözləri ", 300.0.1-ci və
300.0.3-cü" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 dekabr 2011-ci il
Azərbaycan.-2011.-14
dekabr.-S.2.