Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr, 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621) aşağıdakı dəyişikliklər edilsin:
1. 167-ci maddənin sanksiyasında "yüz manatdan beş yüz manatadək" sözləri "min manatdan iki min manatadək" sözləri ilə əvəz edilsin.
2. 167-1-ci maddə üzrə:
2.1. 167-1.1-ci və 167-1.2-ci maddələrin sanksiyalarında "beş yüz manatdan min manatadək" sözləri "üç min manatdan beş min manatadək" sözləri ilə əvəz edilsin;
2.2. 167-1.3-cü maddənin sanksiyasında "min manatdan iki min manatadək" sözləri "yeddi min manatdan doqquz min manatadək" sözləri ilə əvəz edilsin.
3. aşağıdakı məzmunda 167-2-ci maddə əlavə edilsin:
"Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma -
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-2.2. Eyni əməllər:
167-2.2.1.
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3.
vəzifəli şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə törədildikdə
- yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və
ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etməklə cəzalandırılır.".
4. 168.1-ci maddənin sanksiyasında
"yüz manatdan beş yüz manatadək" sözləri
"yeddi min manatdan doqquz min manatadək" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2011-ci il
Azərbaycan.-2011.-14 dekabr.-S.2.