«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş

şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 353-IIIQ nömrəli qanununu "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 137-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹7, maddə 710) 1.0.1-ci və 1.0.2-ci maddələrindən "azadlığın məhdudlaşdırılması," sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 15 dekabr.- S.2.