«İcra məmurları haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini  rəhbər tutaraq, "İcra məmurları haqqında" Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 782-IQ nömrəli Qanununu "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 18; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 23; 2004, ¹ 2, maddə 57,

¹ 3, maddə 133; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 1, maddə 4, ¹ 7, maddə 712; 2010, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 477, ¹ 7, maddə 584) 1-ci maddəsində və 11-ci maddəsinin beşinci hissəsində "iqtisadi" sözündən əvvəl "inzibati və" sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2011.-14 dekabr.-S.1.