«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət

 vəsiqəsi haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli 817 nömrəli Qanununu "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 137-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 142; 2002, ¹ 6, maddə 328; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 12, maddə 1033; 2007, ¹1, maddə 4; 2010, ¹ 5, maddə 386; 2011, ¹ 2, maddə 71) 6-cı maddəsinin ikinci hissəsindən "azadlığın məhdudlaşdırılması," sözləri çıxarılsın.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2011.-14 dekabr.-S.1.