«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın

 əsasları haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının 1992-ci il 10 iyun tarixli 166 nömrəli Qanununu "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 137-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992,

№ 11, maddə 406, № 16, maddə 706; 1993, № 5, maddə 133; 1994, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 1999, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001, № 3, maddə 147, № 12, maddə 745; 2002, № 6, maddə 328, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 7, maddə 507; 2006,

№ 3, maddə 219; 2007, № 1, maddələr 1, 4; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2011, № 2, maddə 71) 21-ci maddəsinin ikinci hissəsinin "a" bəndindən və 23-cü maddəsinin beşinci hissəsindən ", azadlığın məhdudlaşdırılması" sözləri çıxarılsın.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2011-ci il

Azərbaycan.-2011.-14 dekabr.-S.1.