Azərbaycan
Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli
qanunu
ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbilərin
xüsusi sənədləri haqqında Əsasnamə»də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu
bəndini rəhbər tutaraq "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və Azərbaycan Respublikasında
30 gündən artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli
qanununu "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2011-ci il 31 may tarixli 137-IVQD nömrəli
qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alır:
Azərbaycan
Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli
qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998,
¹ 3, maddə 136; 2001, ¹ 11, maddə 669; 2002, ¹ 6, maddə 328;
2006, ¹ 2, maddə 64, ¹ 11, maddə 933; 2007,¹ 11, maddə 1053;
2008, ¹ 8, maddə 701, ¹ 10, maddə 886; 2009, ¹ 4, maddə 211, ¹
7, maddə 519) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin və Azərbaycan Respublikasında
30 gündən artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri haqqında Əsasnamə"nin
22-ci maddəsinin birinci hissəsindən
"azadlığın məhdudlaşdırılması,"
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2011-ci il
Azərbaycan.- 2011.- 15 dekabr.- S.2.