Xalq şairi Səməd
Vurğunun ev-muzeyinin
əsaslı
təmiri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xalq şairi Səməd Vurğunun Bakı şəhərində yerləşən (Tərlan Əliyarbəyov küçəsi, 6) ev-muzeyinin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 300,0 (üç yüz) min manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 dekabr 2011-ci il
Azərbaycan.-2011.-14 dekabr.-S.1.