Məqbərələr
tanınmış şəxsiyyətlərə ehtiram rəmzidir
Zamanın
sınaqlarından keçərək
bu günümüzə gəlib
çıxmış bir sıra maddi-mədəniyyət
abidələri sırasında məqbərələr də tarixilik
baxımından mühüm əhəmiyyət
daşıyır. Onlar da
maddi-mədəniyyət abidələri kimi,
özlərində tarixin və şəxsiyyətlərin
izlərini qoruyub saxlayır. O da faktdır ki, tarixi simaların məzarları
üstündə ucaldılmış məqbərələrə
bütün dövrlərdə münasibət
birmənalı olmayıb.
Xüsusilə sovetlər rejimi
dövründə onların bir çoxunun qalıqları belə yox edilib.
Hazırda respublikamızın ərazisində mövcud olan məqbərələri
mahiyyətinə, tarixi əhəmiyyətinə,
daşıdıqları funksiyalara görə belə təsnif etmək olar.
Qax
rayonunun Oncallı kənd qəbiristanlığında
çay daşı və bişmiş kərpicdən tikilmiş Hacı Tapdıq
və Şeyx Yunis İmrə məqbərələri də
dərin qatlarından soraq verən abidələrdəndir. Məqbərənin
yerləşdiyi ərazi yerli əhali tərəfindən oğuz qəbiristanlığı adı ilə
tanınır və müqəddəs
yer sayıldığından, ziyarət edilir. Hər iki məqbərə
məzarlar üzərində tikilib və
yer səthindən təxminən 1 metr hündürlüyündədir.
Şeyx
Yunisin məzarının
üstü təxminən 1400-cü ildə Mirzə Çələbi
Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn
İmam Əli adlı şəxs tərəfindən tikildiyi
bildirilir.
Hacı
Tapdığın məzarı üzərindəki məqbərə
ondan təxminən üç əsr sonra, daha doğrusu,
1786-cı ildə Şeyx Mirzə Çələbi və
Şeyx Salman ibn Saleh tərəfindən inşa olunub.
El
arasında Hacı Tapdıq baba və Şeyx Yunis xanəgahı
kimi tanınan hər iki ziyarətgah bir vaxtlar karvan-ticarət
yolu üstündə (İpək yolu) fəaliyyət göstərmiş
siyasi-ideoloji mərkəzlərdən hesab edilib.
Tarixi
və mədəni abidələrlə zənginlik
baxımından Abşeronun ərazisi də xüsusi diqqət çəkir. Bakının Qala kəndindəki qədim qəbiristanlıqda
fərqli ayinləri əks etdirən müxtəlif tipli qəbirlərə də rast
gəlmək mümkündür.
Memarlıq nümunələri sayılan məqbərələrdən
biri də buradadır. 1624-1625-ci illərdə
tikilməsi güman edilən Məhəmməd
məqbərsinin divarlarında "güllə yarası"
bu gün də
qalmaqdadır. Məqbərənin yerləşdiyi qəbiristanlıq dəhşətli
repressiya illərinin şahidi
olub. O zamanlar sovet hakimiyyətinin əleyhinə
çıxan qalalılar məhz bu qəbirisatanlıqda
və məqbərənin yanında güllələnmişlər.
Divarlarda qalan güllə
deşikləri bu tarixi
faktı özündə saxlamaqdadır.
Burada daha bir məqbərə
də var. XVIII əsrə aid
edilən məqbərənin sərdabəsi, digərlərindən
fərqli şəkildə, yeraltı tikilib.
Buradakı məqbərənin digərlərindən fərqliliyi
həm də onun çadır
formasında tikilməsidir ki, bu da türk
xalqlarında mərhumun məzarı
üzərində çadır qurmaq ənənəsini
özündə saxlayan daha
bir tarixi faktdır.
Qəbirüstü
abidələr, məqbərələr tikmək ənənəsi
sonradan da davam etdirilib. Buna nümunə
kimi iki məqbərəni
göstərmək olar. Onlardan
biri Nizami Gəncəvi,
digəri isə Hüseyn Cavid
məqbərəsidir.
Gəncə
ərazisindəki ən möhtəşəm abidələrdən
biri sayılan Nizami məqbərəsi dahi şairin anadan
olmasının 750 illik yubileyi münasibəti ilə tikilib. Ötən əsrin 40-cı illərində
dağıntıya məruz qalmış abidələrimizdən
biri də məhz Nizami
məqbərəsi idi.
Dağıdılmış qədim məqbərənin yerində
bu gün daha möhətəşəm və əzəmətli
bir abidə ucalır. Yeniləşməkdə,
müasirləşməkdə olan qədim
Gəncənin abadlaşan abidə
komplekslərindən biri də məhz bu məqbərədir.
Məqbərə yer sətindən 20 metr hündürlükdə, silindirik
formada mərmərdən tikilib.
Hazırda ətrafında dahi şairin əsərlərini tərənnüm
edən lövhələr qurulur, abadlıq işləri
aparılır.
Xalqımızın ölməz sənət əsərləri yaratmış daha bir simasının xatirəsini əbədiləşdirən məqbərə Hüseyn Cavidin adının şərəfinə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmiş məbəddir. Layihə müəllifi respublikanın əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq rəssamı Ömər Eldarovdur. Naxçıvan-Marağa memarlıq məktəbinə məxsus məqbərə 1996-cı ildə inşa olunub. Hazırda muzey kimi fəaliyyət göstərən Hüseyn Cavid məqbərəsi möhtəşəm memarlıq-xatirə kompleksidir. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss olunan bu məqbərə üst və alt (sərdabə) hissələrdən ibarətdir. Sərdabə tikilərkən şairin həyat yoldaşı Mişkinaz xanımla oğlu Ərtoğrolun qəbirləri də buraya köçürülüb. Cavidin son yadigarı olan qızı Turan xanım da bu müqəddəs məkanda dəfn edilib. Türkiyənin "Star" inşaat şirkəti tərəfindən tikilən məqbərənin açılışı Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olmuşdur.
Beləliklə,
hər daşında bir tarix yatan memarlıq nümunələri
bütün dövrlər üçün aktualdır,
onları qorumaq isə hər azərbaycanlının
vətəndaşlıq borcudur.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 15 dekabr.- S.7.