Prezidentin mətbuat xidmətinin məlumatı
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.
Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana cərrahiyyə əməliyyatının uğurla keçməsi ilə əlaqədar xoş arzularını çatdırmış, dost və qardaş Türkiyə xalqının firavanlığı və tərəqqisi naminə dövlətçilik fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Rəcəb
Tayyib Ərdoğan göstərilən diqqətə və
xoş sözlərə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirmişdir.
Azərbaycan.-2011.-14 dekabr.-S.1.