Roland Kobia: Avropa İttifaqı 2012-ci ildə
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması
prosesinə daha fəal dəstək
verəcəkdir
Cari il Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı nöqteyi-nəzərindən mühüm hesab olunur.
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir.
Diplomat
vurğulamışdır ki, bu il Aİ-nin
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması məsələsinə daha
sıx cəlb olunmasına dair çoxlu sayda
çağırışlar səslənmişdir. Aİ bu münaqişənin sülh
yolu ilə nizamlanması prosesinə sadiq qalır. Bu il Aİ-nin xarici məsələlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi
Ketrin Eşton Filipp Lefortu Aİ-nin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi
təyin etmişdir. Bu diplomat Minsk prosesinə müəyyən
dəstək imkanı
verən spesifik mandata malikdir. Düşünürəm ki, bu, Ketrin
Eşton tərəfindən
Aİ-nin Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanmasında maraqlı
olduğunu sübuta yetirən dəqiq və güclü mesajdır. Bu, həm də Aİ-nin bu məsələdə
daha fəal rol oynaması niyyətindən xəbər
verir. Biz ATƏT-in
Minsk qrupuna daxil deyilik, bununla belə, onun yanındayıq və əlimizdən gələn
dəstəyi verməyə
çalışırıq.
Aİ
münaqişədə mövcud status-kvonun qəbuledilməz
olduğunu etiraf edir - deyən səfir xüsusi qeyd
etmişdir ki, problemin sülh yolu ilə həllini tapmaq
vacibdir. Biz bu yanaşmaya sadiqik və hesab edirəm ki, 2012-ci ildə
Aİ Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə daha fəal dəstək verməsinin şahidi olacağıq.
Azərbaycan.-2011.-16 dekabr.-S.7.