Azərbaycan ilə İsrail
arasında əlaqələr
böyük potensiala malikdir
Dekabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İsrail rəsmisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdırmışdır.
Ölkələrimiz arasında diplomatik münasibətlərin 20 il əvvəl yarandığını xatırladan R.Barak bu əlaqələrin dinamik inkişaf etdiyini vurğulamışdır.
E.Məmmədyarov Azərbaycan ilə İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu qeyd edərək, siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirmişdir.
Görüşdə
Cənubi Qafqaz və Yaxın Şərqdə cərəyan
edən proseslər müzakirə olunmuşdur.
Azərbaycan.-2011.-16 dekabr.-S.6.