Ərəb dünyasının nüfuzlu elektron informasiya resurslarından olan

 «Day-Press» internet portalında Azərbaycana dair geniş

 məqalə dərc edilmişdir

 

 Dekabrın 14-də Suriyanın ərəb dünyasında ən nüfuzlu elektron informasiya resurslarından olan "Day-Press" internet portalında "Azərbaycan müstəqilliyinin iyirminci ilində" sərlövhəli geniş məqalə dərc edilmişdir. Yazıda Azərbaycanın İslam dövlətləri, ərəb dünyası və Suriya ilə əlaqələri, müstəqilliyini bərpa etdiyi iyirmi il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin respublikamızın inkişafındakı rolu barədə ətraflı məlumat verilmişdir. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, neft-qaz strategiyası, Azərbaycanın turizm potensialı və mədəniyyəti haqqında da yazılmışdır.

Müəllif qeyd etmişdir ki, Azərbaycan İslam ölkələri və ərəb dövlətləri ilə sıx əməkdaşlıq əlaqələri qura bilmişİslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olmaqla müstəqil Fələstin Dövlətinin yaranması, Suriyanın ərazi bütövlüyünün bərpası, İraqda sabitliyin qorunması kimi bir çox məsələlərdə prinsipial mövqe nümayiş etdirir.

Məqalədə qeyd olunmuşdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritet təşkil edir. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində nizamlanmasının tərəfdarıdır. Əksər müsəlman və ərəb dövlətləri də bu məsələdə Azərbaycanı birmənalı dəstəkləyir.

Yazıda vurğulanmışdır ki, Sovet İttifaqının dağılması və Ermənistan ilə yaranmış münaqişə ilə əlaqədar ölkə iqtisadiyyatının ağır böhranla üzləşdiyi bir vaxtda böyük dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan tərəqqi yoluna qədəm qoymuşdur. Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən Azərbaycanın ali dövlət dəyərlərinin təməli qoyulmuşdur.

Müəllif qeyd etmişdir ki, Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun siyasəti nəticəsində ölkədə dövlət quruculuğu, xarici sərmayələrin respublikaya cəlb edilməsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi kimi sahələrdə mühüm tərəqqi əldə olunmuş, Azərbaycan regional və beynəlxalq səviyyədə böyük nüfuz qazanmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də böyük uğurdur.

Yazıda, həmçinin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı statistik göstəricilərə yer verilmişPrezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamın əhəmiyyəti vurğulanmışdır.

Azərbaycanın neft strategiyasına da toxunan müəllif bu sahədə şəffaflığın əldə edilməsi, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi məqsədi ilə Azərbaycan hökumətinin apardığı işlər barədə də yazmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2011.-16 dekabr.-S.3.