Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın

 «Şərəf diplomu» ilə təltif edilmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku Qara dəniz-Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun "Şərəf diplomu" ilə təltif olunmuşdur. Bu barədə fondun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında məlumat verilmişdir.

Həmçinin bildirilmişdir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, fondun hazırkı prezidenti Viktor Xmarinvitse-prezidenti Yulian Fota da bu diploma layiq görülmüşlər.

Tədbirdə Rumıniya tərəfinin təmsilçisi, fondun vitse-prezidenti, Rumıniya Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota qurumun fəaliyyətinin nəticələri haqqında danışmışdır. Hesabat dövründə fondun fəaliyyətində fəal iştirak etmiş Azərbaycanın müstəsna xidmətlərinə toxunan Y.Fota ölkəmizdə həyata keçirilən islahatlar və müşahidə olunan hərtərəfli inkişaf haqqında da məlumat vermişdir.

Fondun Azərbaycan tərəfindən vitse-prezidenti, qurumun baş katibi, ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov qısa müddət ərzində təşkilatın əldə etdiyi nailiyyətlərdən danışmışdır. Diplomat vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə fondun Qara və Xəzər dənizləri regionlarının yaxınlaşması və mədəni körpülərin qurulması, ölkələr arasında sülh, dialoqdözümlülüyün təşviq olunmasında, eləcə də Avropa dəyərlərinə inteqrasiya yolunda həyata keçirilən müxtəlif layihələrin nəticələrindən bəhs etmişdir.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu və Rumıniyanın xarici işlər naziri Teodor BakonskiQara və Xəzər dənizləri regionları xalqları və ölkələri arasında əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə "Şərəf diplomu" ilə təltif edilmişlər.

Yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmış tədbirdə fondun Direktorlar Şurasının üzvləri, ekspertləri, rəsmi şəxslər, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və s. iştirak etmişlər.

 

 AzərTAc

Azərbaycan.-2011.-16 dekabr.-S.1.