Bəhreynin Kralı əlahəzrət

 şeyx Həməd bin İsa Al Xəlifəyə

 

 Əlahəzrət!

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına sülh və rifah diləyirəm.

 

Hörmətlə,

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 dekabr 2011-ci il

Azərbaycan.-2011.-16 dekabr.-S.1.