Qazaxıstan Respublikasının Prezidenti

 zati-aliləri cənab Nursultan Nazarbayevə

 

 

Hörmətli Nursultan Abişeviç!

Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ötən illər ərzində Qazaxıstan hərtərəfli dinamik inkişaf yolu keçmişdir. Siyasi, iqtisadi humanitar sahələrdə həyata keçirilən islahatlar, dünya birliyinə inteqrasiya istiqamətində atılmış mühüm addımlar müasir Qazaxıstanın simasını formalaşdırmış, ölkənizə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır.

Ortaq mənəvi dəyərlərdən qaynaqlanan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün özünün ən yüksək səviyyəsi ilə səciyyələnir. Tarixən möhkəm dostluq qardaşlıq telləri ilə bir-birinə bağlı olmuş xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər daim inkişaf etməkdə zənginləşməkdədir.

Məmnunluqla qeyd etmək istərdim ki, qarşılıqlı etimada dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bütün digər sahələrdə səmərəli əməkdaşlığımız üçün münbit zəmindir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə beynəlxalq regional təşkilatlar çərçivəsində birgə işimizi müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə, hörmətli Nursultan  Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına sülh firavanlıq diləyirəm.

 

Hörmətlə,

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 dekabr 2011-ci il

Azərbaycan.-2011.-16 dekabr.-S.1.