Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 23 may tarixli fərmanının 1-ci hissəsinə əsasən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edilmişdir.
"Normativ
hüquqi aktlar haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Prezidentinin 2011-ci il 16 fevral tarixli fərmanının
1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə "Hüquqi şəxslərin dövlət
reyestrinin aparılması, istifadəsi və mühafizəsi
Qaydaları", "Dövlət reyestr kitabı",
"Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət
qeydiyyatı haqqında şəhadətnamə",
"Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən
çıxarışın forması və
çıxarışda göstərilən məlumatların
həcmi" və "Qeyri-kommersiya qurumlarının
dövlət qeydiyyatına
alınması barədə ərizənin
forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli qərarında
dəyişikliklər edilməsi barədə qərar qəbul
edilmişdir.
Hər iki qərar imzalandığı gündən - dekabrın 8-dən qüvvəyə minmişdir.
Dekabrın
13-də Nazirlər Kabineti "Dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə
çalışan işçilərin Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq tarif (vəzifə)
maaşlarının tənzimlənməsi haqqında" qərar
qəbul etmişdir.
Qərar 2011-ci il dekabrın 1-dən qüvvəyə minmişdir.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin
www.cabmin.gov.az, AzərTAc-ın www.azertag.com ünvanlı
internet saytında və Azərbaycan Respublikasının
Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
Azərbaycan.-2011.-17 dekabr.-S.1.